Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hizbullah hansı taktikalarla inqilabı yatırmağa çalışır?..

Hizbullah hər zaman müdafiə strategiyasının bir parçası olaraq gördüyü Livan ordusunun komandanlığına inamını itirib...

Tony Bouloss
“The Independent” qəzeti, 18 noyabr 2019-cu il

Livanın ən böyük iki şiə partiyasından biri olan Hizbullah ölkədə ortaya çıxan xalq hərəkatından əvvəl İraqdakı şiə siyasətini dəyişdirməyə çalışırdı.

Bəzi mənbələr İran İnqilab Keşikçiləri ordusu ilə Müktəda əs-Sədri barışdırmaq üçün Hizbullah-ın görüşlərini izləyiblər. Verilən məlumata görə, Livanda siyasi-iqtisadi səbəblərə görə başlayan etirazlardan əvvəl Hizbullah ıideri Həsən Nəsrullah Livandakı daxili vəziyyətlə bağlı “hökümət uzlaşmasından” bir qarantiya alıb.

Geri çəkilmə

Eyni məlumatlar həm də göstərir ki, Livanda 17 oktyabr inqilabı başlamadan əvvəlki günlərdə Hizbullah xristian müttəfiqlərini təhlükəyə atıb və iki önəmli məsələyə əsaslanaraq güclü bir plan qurub. Bunlardan birincisi tələblərin mənimsənilməsi və “hökumət uzlaşması” altında islahat xəritəsinin elan edilməsi idi. Yəni məqsəd hökumətin istefasının qarşısına qırmızı bir xətt çəkmək idi. İkincisi məsələ isə budur ki, xalq hərəkatının sosial-iqtisadi özəlliyini azaltmaq məqsədilə onun xarici qüvvələr tərəfindən dəstəkləndiyi, xarici səfirliklər tərəfindən maliyyələşdirildiyi və sui-qəsd edildiyi irəli sürülür. Həmçinin, ABŞ və İsrailin Hizbullah-ı hədəf alaraq etirazların ləkələnməsi və vətənə xəyanət kimi göstərilməsi planlaşdırılır.

Nəsrullahın “İnqilab ayı” ərzində bir-birini izləyən çıxışlarını izləyən mənbələr qeyd edir ki, Nəsrullah bəzi taktikilardan istifadə edir.

Hizbullah-ın xalq hərəkatı qarşısında geri çəkilməsini taktika hesab edən mənbələr bildirir ki, bu durum Hizbullah tərəfdarlarının Şühəda və Riyad əs-Sülh meydanlarında olduğu kimi, sülh istəyən nümayişçilərə hücum etməsinə və küçələrdə motorsikllarla keçidlər təşkil etməsinə mane olub. Həmçinin, qeyd olunur ki, Hizbullah müttəfiqi olan Azad Vətənpərvərlər Hərəkatından tələb edib ki, onlar Kəsrəvan və Mətn sahillərində olduğu kimi, xristian bölgələrində də nümayişçilərə təzyiq göstərsinlər.

Siyasi mənbələrin verdiyi məlumata görə, Hizbullah müttəfiqlərinə və bəzi önəmli qüvvələrə bildirib ki, Livanda etirazlar uzun müddət davam etsə, Beyrutun cənubunda nəzarət edilən şəhərətrafı bölgələr ölkənin digər hissələrinə qarşı bağlanacaq və nümayişlərə mane olmaq üçün bu bölgələrdə öz ünsürlərini silahlandıracaq. Məlumata əsasən, Hizbullah Livan ordusundan və təhlükəsizlik qüvvələrindən buralara müdaxilə etməsini istəyə bilər. Bu məsələdə Hizbullah-ın (Dürzi) Proqressiv Sosialist Partiyası və “Gələcək” Hərəkatına (sünni) məlumat verdiyini deyən mənbələr vurğulayıb ki, cənubu şəhərətrafı ilə birləşdirən sahil yolu Hizbullah-ın qırmızı xəttidir. Hizbullah-ın Baalbək-Herməl bölgəsinə nəzarət etmək üçün bir muxtar sərhəd yaratmağı planlaşdırdığını bildirən mənbələr əlavə edir ki, cənubi Livan bölgəsində və Beyrut ətrafında fərqli bir demoqrafik quruluş var və Beyrut-Dəməşq arasındakı quru yolu Hizbullah üçün olduqca vacibdir.

Mənbələr bildirir ki, Hizbullah Livanın şimalından cənub bölgələrinə doğru yayılan etirazlar aksiyalarına mane olmaq üçün nəzarət altındakı bölgələri bağlamağa və bölgələr arasındakı məzhəb davalarını yenidən canlandırmağa çalışır.

Orduya qarşı inamsızlıq

Verilən məlumatlarda qeyd olunur ki, Hizbullah illərdir öz müdafiə strategiyasının bir hissəsi kimi gördüyü Livan ordusuna nəzarət etməkdə artıq çətinlik çəkir. Çünki Hizbullah ordunun tərəfsizliyi və xalq üsyanlarını yatırmamasını qəbul edə bilmir. Hizbullah Livan ordusunun İraq ordusuna bənzəməsini istəyir. Digər tərəfdən bildirilir ki, 1975-ci ildə Livan vətəndaş müharibəsinin başlanmasına səbəb olan hadisələrlə xalq hərəkatı arasında bənzərlik olduğundan inqilabın milliləşməsindən çəkinirlər.

Xristian bölgələrdəki nümayişçilərə qarşı silahlı hücumların və qarşı məhəllədən verilən reaksiyaların heç də məsum olmadığını deyən mənbələr bildirir ki, bununla nümayişçilərin özlərini qorumaq üçün silahlanmasını hədəfləyirlər. Beləliklə də, nümayişlərin milliləşməsinə mane olacaq və ordunun nümayişçilərlə üz-üzə gəlməsinə şərait yaradacaqlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar