Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin sadiq generalının gizli qəbri qazılıb – Berlində

Berlində naməlum şəxslər nasist Almaniyasının generallarından biri, 1939-1942-ci illərdə İmperiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi, Adolf Hitlerin sadiq əlaltısı olmuş Reynhard Qeydrixin məzarını qazıblar...

BBC “News” xəbər verir ki, Qeydrixin məzarı qazılsa da, onun nəşinin qalıqlarları toxunulmamış qalıb. Qeyd edək ki, Qeydrixin həmin qəbirdə dəfn edilməsi ilə bağlı məzarın üzərində hər hansı bildiriş yoxdur. Buna görə də cinayətkarların həmin məzarı məqsədli şəkildə qazdıqları güman edilir.

Xatırladaq ki, Qeydrix Üçüncü reyxin iyerarxiyasında böyük siyasi çəkiyə malik olub və yəhudilərin soyqırımı planının əsas müəlliflərindən biri idi. O, 4 iyun 1942-ci ildə Çexoslovakiyanın mühacirətdə olan hökumətinin təşkil etdiyi, Britaniyanın xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlanmış “Antropoid” əməliyyatı çərçivəsində, Praqada təşkil olunmuş sui-qəsd nəticəsində öldürülüb.

Buna cavabında Hitler Çexoslovakiyanın Lidiça kəndini yer üzündən silmək, sakinlərinin isə bir qismini öldürmək, bir qismini konslagerlərə göndərmək barədə əmr verib. Kənddə İkinci Dünya müharibəsinin ən böyük soyqırımlarından biri həyata keçirilib. Öldürülənlər arasında qadınlar, qocalar, uşaqlar da olub.

Reynhard Qeydrixə sui-qəsd xüsusi təlim görmüş 4 hərbçi, kəşfiyyatçı tərəfindən həyata keçirilib. Sonradan sui-qəsdçi hərbçilərdən biri külli miqdarda pul müqabilində öz yoldaşlarını nasistlərə satıb və onlar faşislərin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Satqın hərbçi isə müharibə başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılaraq edam edilib.

İkinci Dünya Müharibəsindən sonra məşhur nasist xadimlərinin qəbirlərinin adını silmək barədə qərar qəbul edilib. Buna neonasistlərin həmin məzarları sitayiş yerlərinə çevrilmələri səbəb olub.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar