Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitleri yetişdirən mistik şəbəkə: Thul təşkilatı nəyə xidmət edirdi?

Thulun bütün sirləri itmiş bir mədəniyyətlə bağlıdır. Bəzi varlıqlar insanla xarici təfəkkür arasında əlaqə yaradırdı...

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 23 avqust 2019-cu il

Nasistlərin “Thul” təşkilatı (Thule) barədə danışmışdım. Bu təşkilat Hitleri tapıb gətirən bir şəbəkə idi və dünyanı idarə etmək məqsədi güdürdü. Yəni söhbət Rudolf fon Zebottendorfdan gedir.

O, 1875-ci ildə Drezdendə bir lokomotiv maşinistinin ailəsində dünyaya gəlib. Ali təhsilini yarımçıq qoyub və gəmidə işləyərkən Qahirəyə gedib. Burada Hidiv Abbas Paşanın əmrindəki Hüseyn Paşaya xidmət edib, Bandırmada və Bursadakı fermalarda işləyib. Bursada olarkən Hüseyn Paşa sayəsində gizli bilgilər əldə edib. Thulun böyük ustadının əsl adı Adam Alfred Qloer idi. Amma baron Rudolf fon Zebottendorf adı ilə tanınırdı.

Hüseyn Paşanın məsləhəti ilə Qahirəyə getdi və hermetik sahədə özünü inkişaf etdirdi. Daha sonra da Paşanın məsləhəti ilə Bursada ipək ticarəti ilə məşğul olan yəhudi Tərmudi ailəsinin yanına gedib. Tərmudi ailəsi orta əsrlər kimyagərliyi, hermetizm, kabalizm və okkultizm ilə məşğul olurdu. Tərmudi ailəsi oğlu kimi sevdiyi Qloerə bəzi sirləri öyrətmişdi. Yəni önəmli təriqətlərin sirləri artıq onda idi.

Tərmudi dəyərli kitablarını, müəmmalı işlərlə bağlı əlyazmalarını Qloer üçün miras qoyub və 1901-ci ildə onun fransız Memfis Ritinə görə işləyən bir masson lojasına girməsinə də imkan yaradıb.

O, 1908-ci ildə Məşrutə İnqlabından sonra İstanbula qayıdıb və İttihad və Tərəqqi Cəmiyyətinin tanınmış üzvləri çox yaxın münasibətlər qurub. 1911-ci ildə Osmanlı dövlətinin vətəndaşlığını qəbul edib. Qısa bir müddətdən sonra da Zebottendorf adlı əsilzadə alman ailəsi tərəfindən övladlığa götürülüb. Beləliklə, sadə bir ailənin oğlu olaraq dünyaya gələn Qloer Osmanlıda və Almaniyada əsilzadə baron Zebottendorfa çevrildi.

II Balkan müharibəsində könüllü olaraq türk ordusuna qoşulub, yaralanandan sonra Almaniyaya qayıdıb. Thulun təməlləri atılarkən o, ən ön sırada idi. Yanında Adolf Hitler, Rudolf Hess, Görinq Göbbelz, Karl Hauzhofer, Alfred Rozenberq, Ditrix Ekart, Hannuzen və Himler kimi şəxslər vardı. Onlar özlərinin Şumer nəslindən gəldiklərinə inanır və tək bir Avropa milləti qurmağa çalışırdılar. Bu millət guya başqalarına hakimlik etmək üçün yox, yer üzündə əbədi ədalət və sabitlik quracaqdı.

Zebottendorf I Dünya müharibəsində almanların gizli kəşfiyyat xidməti üçün Təşkilat-i Məxsusa ilə birlikdə İranda çalışan Herbert Ritlingerin əmrindəydi.

1934-1945-ci illərdə SS gizli servisinin (Schutzstaffel – nasist mühafizə dəstəsi‎) ulduzu məhz o idi. 1945-ci ildə isə Almaniyanın təslim olmasını qəbul edə bilmədiyi üçün intihar etdi. Halbuki, sonradan məlum oldu ki, 1957-də Balıkesirdən Antalyaya gələn, “Cumhiriyet” hotelində qaldıqdan sonra Adanaya gedən 3 nəfərlik alman heyətinin içində Zebottendorf da olub. Bu sirr uzun illər gizli qaldı. Eynilə Adolf Hitlerin generallarından biri ilə evli olan xalası tərəfindən nasist təfəkkürü ilə böyüdülən Edinburq şahzadəsi Filip kimi…

Yəni əslində güc şahzadədə idi, kraliça Elizabetdə yox. Bəs Zebottendorf və ruh verdiyi Thul nə idi? Əsas məsələ elə budur. Onun vətəni Bursa idi. Bundan əlavə, sual vermək lazımdır ki, niyə görə böyük şirkətlər məhz Bursaya gəlir?

Çünki Thulun bütün sirləri itmiş bir mədəniyyətlə bağlıdır. Bəzi varlıqlar insanla xarici təfəkkür arasında əlaqə yaradırdı və bu sirləri əldə edənlərə böyük bir güc qaynağı verirdi.

Bundan xəbərləri vardı. Thul paqan, germen, qnostik, kabbalist, yəni yəhudi mistikası, ari irq və bol-bol katolik ünsürlərdən ibarət idi. Bir kök tevtonlara gedərkən, bir başqa kök isə Mu-ya, digəri hind və Tibet Aryonlarına, başqa biri isə məbədçilərə və birbaşa massonlara gedirdi. Yəni bir çox faktor Thulda birləşirdi. Çünki sadə insanların bilmədiyi böyük bir cəhətləri vardı: Zamanda gəzirdilər, irəliyə və ya geriyə gedə bilirdilər…

Hauzhoffer Thulun ən önəmli və təsirli üzvlərindən idi. O, bir elm adamı, Münhen Universitetinin professoru idi. Onu Hitlerlə tanış edən Rudolf Hess idi və Detrix Ekartdan sonra Hitlerə ən çox təsir edən ikinci insan idi. 1934-də o, gənc bir general və etibarlı bir kahin idi. Düşmənin hücum edəcəyi yeri, saatı və mərmilərin düşəcəyi yerləri belə deyirdi. Hitlerə də Parisə nə vaxt girəcəyini, harada və necə bir müqavimətlə rastlaşacağını tək-tək izah etmişdi. Ruzveltin ölüm tarixini də olduğu kimi demişdi.

Bütün bunların necə baş verdiyini təkcə onlar bilirdilər. Ekart başda olmaqla, Alfredf Rozenberq və Karl Hauzhofer Hitlerlə çox məşğul olublar və ona təhsil veriblər. Xüsusilə, Ekart Hitlerə mistik şərqin sirlərini öyrədib və Thulun əsas dəyərlərini mənimsədib.

Bu təşkilat və məktəb zamanda səyahət edir, maddələri daşıya bilirdi. Gələcəkdən gəlib yeni kəşflər edənlər çox idi. Bunlar çox deyilməsə də, gizli təşkilatların sirləri açıq şəkildə bildirilirdi. Görəsən, Prezident Tramp Qrinlandı istədikdə və “mən seçilmiş adamam” dedikdə nəyi nəzərdə tuturdu? Niyə Avrasiyanı hədəf alır? İlk dəfədir ki, etmədiyi bir şeyə görə addım atır.

Almaniyanın gizli təşkilatı olan Thul necə ABŞ-ın ən böyük bazasına aid ola bilərdi? Üstəlik, ABŞ bununla niyə qürur duyur ki? Thul, həmçinin, idarə etdiyi ticarət vasitəsilə Uoren Delano Jr-i də içinə çəkmişdi.

Bu şəxs II Dünya müharibəsi dövründə Amerika prezidenti olan Frenklin Ruzveltin də babası idi. Rasselin ortaqları arasında Kulic, Starcis, Forbes və Lou ailələri vardı. Sonra bu siyahı locaya çevrildi. Bu sıraya daha sonra Lord, Vitney, Taft, Cey, Bandi, Herrimen, Pinçot, Rokfeller, Gudyir, Sloeyn, Simpson, Felps, Kelloqs, Pekinz kimi ailələr də daxil oldu. Bu ailələr Amerika kəşfiyyat təşkilatları ilə yaxın əlaqədə olanlar idi. Onsuz da əsas məsələ də budur. Kəşfiyyat hər şey demək idi.

İndi isə bu məktəb Tramp vasitəsilə bir yerə daha dərin mesaj göndərib. Bunun nə olduğunu birlikdə başa düşməliyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar