Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hitleri şantaj edən qohumu – Patrik Hitler öz əmisini yaxşı pul verən dövlətlərə satmaq istəyib

Tarixdən bizə siyasi liderlərin qan qohumları haqqında çox hadisələr məlumdur. Birincilərin öz qohumları ilə münasibətləri fərqli olub. Kimlərsə öz yaxınlarına dəstək verib, öz yaxın ətrafına çəkib, kimlərsə hakimiyyətə gəldikdən sonra bütün qohumları ilə əlaqələri kəsərək onları özlərindən uzaqlaşdırıb, bəzilərinin isə qan qohumları ilə düşmənçiliyi yaranıb.

Liderlər arasında Adolf Hitlerin qohumlarla münasibəti çox da “rahat” olmayıb. Fürer iki bacısına qarşı çox diqqətli olub, onların qayğıları ilə həmişə maraqlanıb, hətta Hitler öz vəsiyyətində məxsus olduğu var-dövlətin bir hissəsinin bacısına verilməsini qeyd edib. Amma fürer qardaşı Alois Hitlerlə normal münasibət qura bilməyib. Elə buna görə də qardaşının oğlu Uilyam Patrik Hitler əmisindən qisas almaq fikrinə düşüb.

Uilyam Patrik 1911-ci ildə Liverpulda Hitlerin kiçik qardaşının ailəsində anadan olub. 1914-cü ildə atası Alois Hitler Almaniyaya köçüb, ancaq həyat yoldaşı onunla birlikdə köçməkdən imtina edib. Ana və oğul Liverpulda qalıblar. Alios Hitler Almaniyada ikinci dəfə ailə həyatı qurub. İkinci nikahdan sonra Hitlerin qardaşı əvvəlki ailə ilə əlaqəsini tam kəsib və ailəyə heç bir köməklik göstərməyib.

1933-cü ildə Uilyam Patrik Britaniya vətəndaşlığından çıxmamaq şərti ilə müvəqqəti olaraq Almaniyada məskunlaşıb. O, əmisinin statusundan istifadə edərək bank müdiri olmaq istəyib. Amma Hitler onun işinə qarışmayıb və Uilyam Patrikin bank müdiri işləmək arzusu elə arzu olaraq qalıb.

Bir müddət “Opel” avtomobil zavodunda işləyən Uilyam Patrik daha sonra avtomobil satışı ilə məşğul olub. Bu işdən əldə etdiyi gəlir onu qane etməyib. Maddi vəziyyətindən narazı olan Uilyam Patrik əmisinə kiçik, amma açıq bir məktub göndərib:
“...Məni yüksək vəzifəyə təyin etməsəniz, sizin kim olduğunuzu dünyaya bəyan edəcəyəm, şantaj qaçılmazdır...”

Hitler qardaşı oğluna Britaniya vətəndaşlığından imtina edərək birdəfəlik Almaniyaya köçməsini təklif edib və bildirib ki, Almaniyaya köçdüyü halda onu vəzifə ilə təmin edəcək. Uilyam Patrik əmisinin səmimiyyətinə inanmayıb, ona tələ qurduqlarını zənn edib və təklifi qəbul etməyib.

Almaniyanı tərk edən Uilyam Patrik Londona yollanıb, Hitlerin babasının yəhudi olması ilə bağlı “Mən niyə əmimə nifrət edirəm” adlı geniş məqalə ilə mətbuatda çıxış edib.

Uilyam Patrik daha sonra SSRİ-nin Londondakı diplomatik nümayəndəliyinə müraciət edərək əməkdaşlıq təklif edib. O, səfirlikdə bildirib ki, Adolf Hitlerlə bağlı onda kifayət qədər çoxlu sayda ciddi materiallar var. Materialların qarşılığında o böyük məbləğdə pul istəyib.

SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Uilyam Patriki ətraflı araşdırmağa başlayıblar. Araşdırmalardan məlum olub ki, Uilyam Patrikdə heç bir ciddi sənəd, Hitlerin hərbi və siyasi fəaliyyəti ilə bağlı heç bir məlumat ola bilməz. Məlum olub ki, Patrik yalnız Hitlerin şəxsi qohumluq əlaqələri ilə bağlı hər hansı bir məlumata malik ola bilər.

Uilyam Patrik hətta belə bir təkliflə də çıxış edib ki, böyük məbləğlər qarşılığında Almaniyaya gedə bilər, Hitler komandasında özünə yer edərək məxfi informasiyaları SSRİ-yə ötürə bilər.

Sovet kəşfiyyatı Uilyam Patrikin təkliflərini rədd edib, Moskvadan göndərilən məxfi məktubda aşağıdakılar qeyd olunub:
“Uilyam Patrikin heç bir məxfi informasiya əldə etmək imkanı yoxdur. Adolf Hitler tərəfindən qəbul olunmayan bu şəxsin Almaniyanın hakim dairələrində görünməsi mümkünsüzdür. Bizim Hitlerin şəcərəsi ilə bağlı hər hansı bir informasiyaya, sensasiyaya ehtiyacımız yoxdur. Odur ki, kəşfiyyat idarəsi bu sövdələşməyə vəsait ayırmaq niyyətində deyil...”
Bununla da, Uilyam Patrikin əmisi Adolf Hitlerin hesabına pul qazanmaq istəyi baş tutmayıb.

1939-cu ildə Uilyam Patrik əmisi tərəfindən gözlənilən təhlükələrdən qaçmaq üçün anası ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüb. II dünya müharibəsi başlananda o, ABŞ Silshlı Qüvvələrində xidmət etmək arzusuna düşüb. Ancaq bir müddət milli mənsubiyyətinə, soyadına - Hitlerlə qohumluğuna görə onu xidmətə qəbul etməyiblər. Yalnız 1944-cü ildə Franklin Ruzveltə müraciətdən sonra ABŞ prezidentinin razılığı ilə Uilyam Patrik ABŞ hərbi donanmasında xidmətə qəbul edilib.

Uilyam Patrik 1947-ci ilə qədər hərbi donanmada sanitar kimi xidmət edib. II dünya müharibəsi zamanı hərbi əməliyyatlarda yaralanıb. Xidmətdən sonra o, ad və soyadını dəyişərək Styuart Hyuston edib. 1947-ci ildə alman əsilli qadınla ailə həyatı qurub və Nyu-Yorka köçüb.

Uilyam Patrik ABŞ-da öz şəxsi biznesini də yaradıb. O, xəstəxanalara xidmət edən qan analizi laboratoriyalarına sahib olub.
Amerika vətəndaşlığı, şəxsi mülkü və biznesi olan Uilyam Patrik 1987-ci ildə, 76 yaşında vəfat edib. Onu Nyu-Yorkda anasının yanında dəfn ediblər.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan açıqlama

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

“Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı“ - Ağdamdan köçən erməni qız

Yüzlərlə Azərbaycan hərbçisi Sotk qızıl mədəninə girib? - Ermənilər özləri dediklərini təkzib edib...

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək

loading...

Ən çox oxunanalar