Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitler “T-34”-ün konstruktorunun məzarını dağıtdırıb – Koşkinin yarımçıq ömrü

Müharibə təkcə qalib və məğlub orduları, qəhrəman döyüşçüləri və satqın hərbçiləri ilə yadda qalmır. Eyni zamanda silah və hərbi texnikalar da savaş tarixində xüsusi yer tutur. II dünya müharibəsi illərində də müharibənin simvoluna çevrilən silah və hərbi texnikalar olub ki, bu məsələdə SSRİ-nin hərbi sənayesi heç də digər ölkələrdən geri qalmayıb.

Sovet istehsalı olan “T-34” tankını müharibə aparan bütün tərəflər müharibənin rəmzi kimi qəbul ediblər. Bu zirehli hərb maşını haqqında Stalin də fikir söyləyib, Hitler də...

Müharibə illərində 35 330 “T-34” tankı istehsal olunub. Bu texnikanın döyüş yolları isə Qafqazdan Berlinə qədər uzanıb.

1939-cu ildə mühəndis-konstruktor Mixail Koşkin yeni texnika ilə bağlı layihəsini Mərkəzi Komitəyə təqdim edəndə Kreml rəhbərləri bu sənədə çox da ciddi yanaşmayıblar. Yəni, layihədə əks olunan bir çox rəqəmlər siyasətçilərə inandırıcı görünməyib.

Bir neçə günlük müzakirələrdən sonra Koşkin layihənin icrası üçün büdcədən olduqca kiçik bir məbləğdə vəsait ala bilib və Xarkovdakı 183 nömrəli zavodda işə başlayıb. Təxminən bir illik gərgin əməkdən sonra, 1940-cı ilin fevralında Koşkin “T – 34”-ün sınağa hazır olduğunu Kremlə məruzə edib və çox maraqlı cavab alıb:

- Siz Xarkovdan həmin tankla Moskvaya gəlin və elə həmin tankla da Xarkova qayıdın.

Kremlin bu şərti Koşkini heç də narahat etməyib. O, öz işinə güvənib. Martın 16-da sanaq üçün hazırlanan iki “T-34” Xarkovdan Moskvaya istiqamət alıb. Konstruktor özü də tankların birinin içərisində olub. Xarkovdan Moskvaya olan 750 kilometrlik məsafəni “T-34” heç bir problem olmadan qət edib. Tank Moskvada hökumət nümayəndələrinə təqdim olunub. Stalin ölkənin ən tanınmış mühəndis-konstruktorlarını da bu tədbirə dəvət edib. Daha sonra Stalinin də iştirakı ilə “T-34” Moskva ətrafında yerləşən poliqonda da sınaqdan keçirilib. Nəticələr hökumət nümayəndələrini və mütəxəssisləri təəccübləndirib.

Sınaqdan sonra Koşkini Stalinin kabinetinə dəvət ediblər. Sovet lideri konstruktorun fəaliyyəti ilə maralanıb. Sonda isə mətləbə keçib:

- Sizin bu işiniz haqqında hamı yüksək rəy söylədi. “T-34” silahlı qüvvələrimiz üçün nəinki lazımdır, hətta zəruridir. Amma bu məsələnin narahatlıq yaradacaq bir tərəfi də var. Yəqin ki, bu texnikanın istehsalı büdcəmizə baha başa gələcək?

Koşkin bu sualı gözləyirmiş kimi dərhal Stalinin cavabını verib:

- Yoldaş Stalin, bir faktı deməklə bu tankın qiyməti haqqında sizdə təsəvvür yarada bilərəm. Bir tankın birinin istehsalı üçün 200-270 min rubl tələb olunur. Müqayisə üçün deyim ki, almanların “Tiqr” tanklarına bu məbləğdən 40 dəfə artıq vəsait xərclənir.

Stalin başını razılıqla yellədərək üzünü kabinetdə əyləşən hökumət nümayəndələrinə tutub:
- Kütləvi istehsal üçün təcili sənədləri hazırlayın. “T-34” sovet hərbi texnikasının ilk qaranquşu olacaq.
Görüşün sonunda Stalin Koşkinin əlini sıxaraq ona təşəkkürünü bildirib.

Bu görüşdə ən maraqlı məqam Koşkin özünü ətraflı təqdim edəndə baş verib. Konstruktor əvvəllər konditer fabrikinin direktoru olduğunu bildirəndə Molotovla Kaqanoviç gülüşlərini saxlaya bilməyiblər. Elə Stalin özü də bu faktı maraqla qarşılayıb.

Qeyd edək ki, 1898-ci ildə Yaroslavlda anadan olan Koşkin hələ 14-15 yaşı olanda qazanc üçün Moskvaya gedib. Bir müddət iş axtardıqdan sonra onu konditer fabrikinə fəhlə götürüblər. Beləliklə o, fəhləlikdən başlayaraq bu sahənin bütün işlərini mənimsəyib. 1918-ci ildə Koşkin hərbi xidmətə yollanıb. 1921-ci ildə ordudan tərxis olunduqdan sonra Moskvada Sverdlov adına Kommunist Universitetində təhsil alıb. Bir müddət partiya orqanlarında çalışdıqdan sonra Koşkin məşhur “Krasnıy Oktyabr” konditer fabrikində karamel sexinin rəisi işləyib. Sonra onu bacarıqlı mütəxəssis kimi Kirov şəhərindəki konditer fabrikinə direktor təyin ediblər.

Koşkin bu vəzifədə uzun müddət işləməyib. O, Kirov şəhər partiya komitəsinin birinci katibinə yazılı müraciət edərək texniki təhsil almaq arzusunda olduğunu bildirib. Direktorun arzusu nəzərə alınıb, partiya xətti ilə onu Leninqrad Politexnik İnstitutuna təhsil almağa göndəriblər. Bir neçə ilə ərzində Koşkin ona çox yad olan bir sahənin bütün sirrlərinə yiyələnə bilib. O, təhsilini başa vurduqdan sonra Xarkovdakı 183 nömrəli zavoda təyinat alıb. Qısa müddət ərzində zirehli texnikaların təkmilləşdirilməsində səmərələşdirici təkliflərinə görə Koşkin bu sahədə savadlı və bacarıqlı mütəxəssi kimi tanınıb. “T-34” isə ona daha böyük şöhrət gətirib. Koşkini tankın atası adlandırıblar.

Konstruktora “T-34”-ün uğrlarını görmək qismət olmayıb. Elə həmin 1940-cı ildəki sınaq günlərində gəldiyi tankla Xarkova qayıdanda Koşkin möhkəm soyuqlayıb, ağciyərlərində ciddi problemlər yaranıb. Həkimlərin səyinə baxmayaraq Koşkini xilas etmək mümkün olmayıb. O, 1940-cı ilin sentyabr ayında, 41 yaşında vəfat edib. Konstruktoru Xarkovda dəfn ediblər.

Sovet-alman müharibəsi illərində “T-34”-lər alman “Tiqr”larını susduranda Hitlerin qəzəbi yerə-göyə sığmayıb. Müşavirələrin birində o, bu tankla, onun konstruktoru ilə maraqlanıb və göstəriş verib ki, diversiya qrupları həmin konstruktoru məhv etsin. Fürerə Koşkinin vəfat etdiyi bildirəndə Hitler səsinin tonunu qaldıraraq qışqırıb:

- Onun qəbrini darmadağın edin.

Fürerin tapşırığı yerinə yetirilib. Xarkovun işğalı zamanı Koşkinin məzarı yerlə-yeksan olunub. Onu da qeyd edək ki, Hitlerin şəxsi düşmənləri siyahısında Mixail Koşkinin də adı olub.

Koşkinin “T-34” ixtirası ölümündən sonra yüksək qiymətləndirilib. O, Stalin mükafatına və qəhrəman adına layiq görülüb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar