Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb

Gələn həftə Hindistanda dünyanın ən hündür heykəli - görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin abidəsinin açılışı olacaq

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılan 182 metr hündürlüyü olan abidənin oktyabrın 31-də keçiriləcək açılış mərasimində layihənin təşəbbüskarı, ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Baş nazir Modi 2013-cü ildə bu abidənin təməlqoyma mərasimində bildirmişdi ki, "...hazırda bütün dünya hündürlüyü 93 metr olan Amerikadakı Azadlıq heykəlindən danışır. Biz Sərdar Vallabhbhainin ondan ikiqat hündür heykəlini ucaltmaq istəyirik".

Sözügedən iddialı layihə Hindistanın Baş naziri tərəfindən hələ 2010-cu ildə ictimaiyyətə təqdim olunmuşdu. N.Modi həmin vaxt Qujarat ştatının naziri idi. Abidənin tikintisi işlərinə Qujarat ştatı, federal hökumət büdcəsi və özəl şirkətlərin 410 milyon dollar məbləğində vəsaiti cəlb olunub. Bundan başqa, Baş nazir əyalət fermerlərini də abidənin ucaldılması üçün ianələr verməyə çağırıb.

Hindistanın hökumət başçısı gələcəkdə ölkənin milli rəmzi olacaq yeni və daha hündür "Şivaji" heykəlinin də ucaldılmasının nəzərdə tutulduğunu bildirib. Hind okeanının sahilində - Mumbai şəhərində qoyulacaq bu heykəlin hündürlüyü 212 metrə çata bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar