Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Hindistanda daşqın və torpaq sürüşmələrindən 18 nəfər həlak olub

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında daşqınlar və torpaq sürüşməsindən ən az 18 nəfər həlak olub

PİA.AZ Trend-ə istinadən bildirir ki, bölgədə yağışlar bir neçə gündür ki davam edir. Təkçə ştatın paytaxtı Şimla şəhərində səkkiz nəfər həlak olub.

Bildirilir ki, bir neçə ərazidə evlər və yollar zədələnib. Su təchizatı sistemində problemlər var. Torpaq sürüşməsi səbəbindən yüzlərlə yol, o cümlədən 13 böyük magistral yol tamamilə və ya qismən bağlanıb.

pia.az

Etiket:

loading...