Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda da hökumət koronavirusu bəhanəyə çevirib

Müsəlmanların sayını məqsədli azaltmaq siyasətinə əl atılıb...

Ahmet Varol

“Yeni Akit” qəzeti, Türkiyə, 09 aprel 2020-ci il

Dünya ictimaiyyətinin diqqətinin koronavirus pandemiyasına qarışdığı bu günlərdə yaranmış vəziyyəti fürsətə çevirən və şəraitdən istifadə edərək, öz hiyləgər məqsədlərini reallaşdırmağa çalışan bir çox ölkə rəhbərliyi və siyasi rejimlər var. Bunların önündə isə, əlbəttə ki, dünyada apardığı işğalçılıq siyasəti ilə tanınan sionizm rejimi gəlir.

Sionizm rejimi Fələstin torpaqlarında apardığı yəhudiləşdirmə siyasətini daha da sürətləndirmək üçün yeni taktikalara əl atır. Yayılmış koronavirus pandemiyası səbəbindən Məscidül-Əqsa ibadətə qapadılmış olsa da, bəzi yerli yəhudilər rejimin polis və əsgərlərinin dəstəyi ilə məscidə hücumlar təşkil edirlər. Əl-Xəlil bölgəsində yerləşən “Həzrəti İbrahim” məscidi də pandemiya səbəbindən ibadətə qapadılıb. Ancaq məscidin təhlükəsizliyi və təmizliyi üçün ayrılmış işçilərin məscidə giriş-çıxışına icazə verilsə də, rejim qüvvələri həmin işçilərin də məscidə girişinə icazə vermir. Beləliklə, mövcud olan siyasi rejim məscidlər üzərindən qurduğu siyasi oyunu reallaşdırmağa çalışır.

Koronavirusun yaratdığı çətin vəziyyətlərdən sui-istifadə edən hökumətlərdən biri də müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti və irqçi qərarları ilə tanınan Hindistan hökumətidir.

Hindistan hökuməti 1974-cü ildə qəbul etdiyi Kəşmirə qismən azadlıq statusu verən 370-ci maddəni 15 avqust 2019-cu ildə konstitusiyadan çıxardı. Beləliklə, Kəşmirə verilmiş qismən azadlıq statusu ləğv edildi. Hindistan hökumətinin qəbul etdiyi bu qərar həm Kəşmirdəki yerli əhalidə, həm də Pakistan hökumətində Hindistan rəhbərliyinə qarşı qıcıq yaratdı.

Əlbəttə ki, hökumətin bu qərarda məqsədi ölkədəki müsəlmanların sayını azaltmaq və hindli əhalisini artırmaq idi. Kəşmir əhalisinin qəbul edilmiş bu qərara haqlı etirazından ehtiyatlanan hökumət rəhbərliyi bölgəyə çoxlu sayda silahlı qüvvə göndərərək, onsuz da çətin şəraitdə yaşayan Kəşmir əhalisinə qarşı qəbul edilmiş qanunları daha da sərtləşdirdi.

BMT-nin Təhlükəsizlik Şurasının bu mövzu barədə elan etdiyi fövqəladə konfrans isə siyasi problemə həll yolu ola bilmədi.

Yaxın günlərdə Hindistan hökuməti Kəşmir barədə qəbul etdiyi qərarla, əslində, niyyətinin nə olduğunu açıq-aşkar büruzə verdi. Belə ki, qəbul edilən yeni qərarlara əsasən, 15 ildən çox Cammu və Kəşmir əyalətində yerləşən və ya 7 il burada təhsil alaraq, 10-12-ci sinif imtahanlarına qatılan hər kəsə bu bölgənin əhalisi olmaq şansı verilir.

Bu qərarın əsl məqsədi, Cammu və Kəşmir əyalətində müsəlman əhalisinin sayını aşağı salmaqla, demoqrafik göstəricini süni üsulla dəyişməkdir.

İşin maraqlı tərəfi isə odur ki, Pakistan, Əfqanistan və Banqladeşdə daha öncə yaşamış və sonradan Hindistana köç etmiş hindli, buddist, jainist və xristianlara vətəndaşlıq verilməsində asanlıq yaradıldığı bir vaxtda müsəlmanlar yenə çətinliklərlə üzləşirlər.

Hindistan rəhbərliyi sıra Kəşmirə gəldikdə,başqa bölgələrdən gələn əhalini burada məskunlaşdırıb, qeydiyyata alır və bölgənin müsəlman əhalisinin sayını məqsədli şəkildə azaltmağa çalışır.

Bilindiyi kimi, Hindistan hökumətinin müsəlman əhali əleyhinə qəbul etdiyi qanunlar müsəlmanların böyük narazılığına və küçə nümayişlərinə səbəb olub. Problemin daha da dərinləşdiyi zamanlarda ortaya çıxan koronavirus pandemiyası isə Hindistan hökumətinin əlində kozıra çevrildi – bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib və müsəlman əhalinin Kəşmir ərazisi və vətəndaşlıq haqqında qəbul edilən qərarlara etirazları və tələbləri gündəmdən çıxarılıb.

Hindistan hökuməti yaranmış fürsətdən maksimum istifadə edərək, Kəşmir barədə qəbul etdiyi qərarla bir daha hədəfinin nə olduğunu bütün dünyaya göstərmiş oldu.

Pakistan isə öz növbəsində, Hindistan rəhbərliyinin qəbul etdiyi bu insafsız qərarlarla razılaşmadığını bildirərək, siyasi rejimin ölkədə demoqrafik balansı məqsədli şəkildə dəyişdirməklə məşğul olduğunu iddia edir, Hindistan hökumətini irqçilik siyasəti etməklə günahlandırır.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Hindistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar