Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda ağır COVID-19 xəstələri üçün ciddi oksigen çatışmazlığı var

Hindistanda son günlər COVID-19 infeksiyasına yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması xəstəxanalarda oksigen çatışmazlığına səbəb olub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, ağır xəstələrin müalicə aldığı bəzi tibb müəssisələrində oksigen çatışmazlığı səbəbindən ölüm halları da qeydə alınıb. Şahdol şəhərindəki tibb kollecinin xəstəxanasının reanimasiya şöbəsində olan 6 xəstənin məhz oksigen çatışmazlığından öldüyü bildirilir. Tibb kollecinin dekanı Milind Şiralkar oksigen çatışmazlığı faktını təsdiqləyərək, ağır xəstələrinin sayının çox olması səbəbindən çənlərdə kifayət qədər oksigen qalmadığını açıqlayıb. Oxşar hallar ölkənin digər yerlərindəki tibb ocaqlarında da müşahidə olunur.

Dehlinin əsas naziri Arvind Kecrival gündə təxminən 25 min yoluxmanın aşkarlandığı paytaxtda da ağır xəstələr üçün oksigen və müalicə dərmanları çatışmazlığı faktını etiraf edib. O, Federal Səhiyyə Nazirliyinə müraciət edərək, oksigen çatışmazlığını təcili həll etməyə çağırıb.

Hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda ötən sutka 261 min 500 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma halıdır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb. Ümumiyyətlə, bir aydan çoxdur ki, Hindistanda sutkalıq yoluxmaların sayı gündən-günə artır.

Ötən gün Hindistanda COVID-19 infeksiyası səbəbindən 15 min 11 ölüm faktı qeydə alınıb. Beləliklə, ümumu yoluxma sayı 14 milyon 788 mini, ölüm sayı isə 177 mini ötüb. Hazırda 1,8 milyon aktiv xəstə var.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar