Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacızadə: “Navalnını öldürsələr prosesi başqası aparacaq”


Rusiyadakı keçmiş səfirdən, müxalif partiyadan və kommunistlərin liderindən açıqlamalar


Rusiyanın 82 şəhərində eyni anda kütləvi etiraz aksiyalarının keçirilməsi bu ölkədə inqilab dalğasının ilkin işartıları kimi şərh edilir. 

Korrupsiya Əleyhinə Fondun təşkil etdiyi aksiyalar və lider kimi məşhur blogger Aleksey Navalnının önə çıxması Rusiyada xalqa təsir edə bilən yeni müxalif qüvvənin meydana gəlməsi kimi də qiymətləndirilir.


Şimal qonşumuzda baş verən son etiraz dalğasının səbəbi və digər suallara cavabında Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyadakı etiraz aksiyalarının səbəbi hakimiyyətin korrupsiya ilə xalqı, dövləti talaması, əhalinin səfalət içində qalmasıdır. H.Hacızadə hesab edir ki, Rusiyadakı etirazlarda Qərb və ya Şərq barmağı yoxdur: “Səbəb aydındır-xalq artıq bezib və hərəkətə gəlib. Lider kimi önə çıxan Aleksey Navalnının başlanan bu prosesi önə çəkib apara biləcəyini düşünürəm.


Əsas odur ki, proses var, etiraz var, xalq küçələrə çıxır, fəallıq göstərir. Prosesə Navalnı və ya başqa bir adamın liderlik edəcəyi isə o qədər vacib məsələ deyil. Aleksey Navalnını öldürsələr başqa kimsə ortaya çıxacaq və prosesin önündə gedəcək. Əsas odur ki, Rusiyada xalq oyanıb və proses başlayıb. Proses gedir və gedəcək. Sonda demokratiya qazanacaq”.


Bəs Azərbaycan müxalifətinin Rusiya müxalifəti ilə, müxalif lider kimi meydana çıxan Aleksey Navalnı ilə əməkdaşlığı varmı?


AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev bildirdi ki, müstəqilliyimiz dövründən indiyə qədər Azərbaycandakı müxalif siyasi partiyaların Rusiya müxalifəti ilə ciddi əlaqələri olmayıb. Buna hər iki tərəfin, xüsusilə bizim siyasətçilərin marağı olmayıb: “Çünki təcrübə göstərir ki , Rusiyada hakimiyyət dəyişikliklərindən asılı olmayaraq hakimiyyətə gələn qüvvələrin postsovet respublikalarına yanaşması eyni olub, öncədən yürüdülən siyasət davam elətdirilib. 1990-cı ilin əvvəllərində Mixail Qorbaçova qatı müxalifətçilik etmiş Boris Yeltsin demokrat imici ilə çoxlarının, o cümlədən bizim siyasətçilərin də simpatiyasını qazanmış biri idi. Amma prezident olandan sonra sərgilədiyi imperiya siyasəti hamını məyus etdi. Aleksey Navalnının da rəhbərlərindən biri olduğu müasir Rusiya müxalifətçiləri ilə də hər hansı ciddi əlaqələrin qurulmasına cəhdlər olacağını təxmin etmirəm. Bəlkə kimlərsə fərdi qaydada təmaslar qurmağa çalışacaqlar. Bütövlükdə isə buna inanmıram. Çünki bu qüvvələr hələ elə də ciddi gücə malik deyil, ikincisi, hətta gələcəkdə gücə malik olsalar belə, onlarla əməkdaşlıqdan xeyir əldə olunması, bayaq dediyim kimi, mümkün deyil. Amma Rusiyada bu proseslərin getməsi və getdikcə vüsət alması olarsa bundan istifadə edib öz problemlərimizi rahat həll etməyə çalışa bilərik. Necə ki, bundan 1918-ci və 1991-ci illərdə istifadə etmişdik. Həmçinin bir məsələyə də diqqət çəkmək lazımdır ki, Rusiyanın bir çox şəhərlərində başlanmış etiraz aksiyaları ilə eyni vaxtda Belarusda da etiraz nümayişləri baş verdi. Bu da onu deməyə əsas verir ki, proses hazırlanmış, idarə olunandır və davamı da olacaq”.




Rusiyada hakimyyətdə olan siyasi partiyadan sonra ikinci ən güclü partiya sayılan Rusiya Kommunist Partiyası ilə müttəfiqlik edən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov isə bildirdi ki, digər müxalif qüvvələrlə əlaqələri yoxdur: “Biz yalnız Rusiya Kommunist Partiyası ilə əməkdaşlığımızı davam etdiririk. Rusiyada mitinqlərin başlaması, orada baş verənlər Rusiyanın daxili işləridir. Bizim bu məsələlərə müdaxilə eləməyə, onların işinə qarışmağa hüquqi haqqımız yoxdur”.


Bununla belə, Azərbaycan kommunistlərinin lideri Rusiyada etiraza qalxan insanların etirazlarının əsaslı olduğunu dedi: “Rusiya hökumətinin korrupsiyaya uğraması, özbaşınalıq, qanunların ayaqlar altına atılması milyonlarla vətəndaşın güzəranını ağırlaşdırıb. Belə bir vəziyyət isə əhalini etiraza qalxmağa təhrik edir. Məncə, xalqın etirazlarında bu amil rol oynayır. Kimlərsə burada xarici qüvvələrin, Qərbin rolunu qeyd edirlər, iddia edirlər ki, bu hadisələr kiminsə qurduğu oyundur, kiminsə qurban verilməsi üçündür və sair. Mən isə belə hesab etmirəm. Anlamaq lazımdır ki, insanların yaşam şəraiti dözülməz həddə çatırsa etirazlar qaçılmaz olur. Bu gün Rusiyada əhali yaşayışının ağırlaşmasına, korrupsiyaya etiraz edir. Təbii ki, hansısa müxalif siyasi qüvvə bundan istifadə edib önə çıxa bilər və çıxdığı da görünür. Burada da anormal nə isə yoxdur. Aleksey Navalnı ilə tanışlığımız yoxdur, amma belə görünür ki, insanlar təsir edə bilən fiqurdur. Rusiyada başlanan etirazlarda Qərbin əlinin olduğu iddialarını da əsaslı saymıram. Biz hər şeydə Qərbi günahlandırmalı deyilik. Ölkədə hökumət korrupsiyaya bulaşıb və xalqın yaşayışı ağırlaşıb. Xalq da bu vəziyyətə etiraz edir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar