Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev Romada görüşlər keçirib - Foto

Hikmət Hacıyev Romada görüşlər keçirib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev may 27-də İtaliyaya səfəri çərçivəsində İtaliya Respublikasının Prezidentinin diplomatik müşaviri səfir Emanuela D'Alessandro, İtaliya Respublikasının Baş nazirinin diplomatik müşaviri səfir Pietro Benassi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Siyasi Məsələlər və Təhlükəsizlik Baş Direktorluğunun rəhbəri səfir Sebastiano Kardi ilə görüşlər keçirib.

Görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ötən müddət ərzində həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinə töhfə verdiyi və qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İtaliya arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğundan, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı olmasından söz açılaraq növbəti illərdə bu əlaqələrin daha inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Habelə görüşlərdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi vurğulanaraq bu boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Hacıyev münaqişənin nizamlanması üzrə aparılan danışıqların cari vəziyyəti barədə məlumat verərək bu məsələdə ölkəmizin prinsipial mövqeyini qarşı tərəfin diqqətinə çatırıb.

Görüşlərdə habelə regional məsələlər, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, bu xüsusda İtaliyanın töhfələri, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin inkişafında rolu, Azərbaycan və İtaliya arasında humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar