Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

O qeyd edib ki, Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 19 nəfərin həlak olması və 60 insanın yaralanması Ermənistanın növbəti vandalizm və barbarlığının daha bir bariz nümunəsidir.

H.Hacıyev bildirib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımdır.

O qeyd edib ki, kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir:

Ermənistan dövlət səviyyəsində bilərəkdən bu terror əməlini həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz döyüş meydanında ermənilərin cavabını veririk. Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə biz daha da güclənirik”.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam etsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.

H.Hacıyev bildirib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Lakin döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan çıxmağa çalışır: “Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar