Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi - Video

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.

“Cənab Prezidentimizin niyyəti budur ki, ən qısa zamanda, ləyaqətli, güvənli formada məcburi köçkünlərimizin ata-baba yurdlarına qovuşması həyata keçsin”, - deyə o bildirib.

Prezident köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biridir:

Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir. Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq:

“Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir.

Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, - deyə Prezidentin köməkçisi vurğulayıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar