Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: “Gəncədəki əziyyət çəkən, həyatını itirənlərin ah-naləsi yerdə qalmayacaq”

“Mənfur düşmən döyüş meydanında olan zəifliyinin, qorxaqlığının xaincəsinə qisasını mülki insanlardan alır”.

PİA.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri zamanı çıxışında bildirib.

O qeyd edib ki, bir həftə öncə də Ermənistan silahlı qüvvələri Azərbaycan ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum həyata keçirmişdi: “Onlar raketlərdən, SCAD raketindən istifadə edirlər. Bu dəfə də çox böyük dağıntı gücünə malik olan SCAD raketlərindən istifadə edirlər. Onlar insanlar arasında qırğına səbəb olmaq, sanki Gəncə insanları arasında, ölkəmizin vətəndaşları sırasında təftiş, təşviş yaratmaq kimi məqsədlər güdürlər. Amma onlar heç zaman məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı əzmlidir. Əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Onlar bu mənfur cinayətləri gizlətmək üçün, beynəlxalq ictimaiyyəti aldatmaq, yalan, dezinformasiya, təbliğat kimi məlumat yaymaqdadırlar.

Azərbaycan Respublikasında akkreditə olunan səfirliklər, səfirliklərin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelərə yenə Gəncəyə səfər etdikləri üçün təşəkkür edirik. Onlar bizimlə birlikdə gəldilər ki, Ermənistan ordusunun n xaincəsinə, alçaqcasına, şərəfsizcəsinə törətdiyi bu cinayətlə yerində tanış olsunlar. Bir həftə öncə yenə də Gəncədə idik, yenə də növbəti faciə baş vermişdi. Yenə də növbəti faciə məqsədilə Gəncəyə gəlmişik. Beynəlxalq ictimaiyyət bu kimi iyrənc, bu kimi şərəfsiz halların baş verməsini bir daha şahidi olur. Onlar da görürlər, öz ölkələrinə bu barədə məlumat verəcəklər”.

H. Hacıyev deyib ki, Gəncədəki hücum nəticəsində əziyyət çəkmiş, həyatını itirmiş insanların ah-naləsi yerdə qalmayacaq: “Haqq səsi bütün beynəlxalq ictimaiyyətə çatdırılır, beynəlxalq media nümayəndələri də buradadır. Səfirlər, diplomatlar, hərbi attaşelər də öz ölkələrinə bu barədə məlumat verəcəklər. Bir daha da fürsətdən istifadə edib bizimlə bu səfərə gələn diplomatik korpusun nümayəndələrinə dərin təşəkkürümü bildirmək istəyirəm. Gəncə əhalisi və Gəncə sakinləri həmişə möhkəmdir, həmişə dövlətçiliyimizin yanındadır.

Bu Vətən müharibəmizdə Gəncənin şəhidləri var və eyni zamanda mülki insanların içərisində də şəhidlər var. O cümlədən Azərbaycanın digər şəhərləri, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdamın kəndləri, hamısı düşmənin hücumlarına, artilleriya zərbələrinə sinə gərirlər, mətinliklə, qəhrəmancasına öz əzmlərini nümayiş etdirirlər. Bu gün Ali Baş Komandan tərəfindən hər birimizin 27 il gözlədiyimiz növbəti gözəl xəbər çatdırıldı. Bu da Füzuli rayonunun işğaldan azad edilməsi idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar