Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: "Ermənistan dövlət səviyyəsində terror həyata keçirir"

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutulub. Burada hərbi hədəf yox idi. Sadəcə, onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar”.

PİA.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: “Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. Oktyabrın 18-də ikinci dəfə humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan öz xislətini göstərərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar