Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: “Beynəlxalq əməkdaşlıq forumunu səbirsizliklə gözləyirik”

“Bir kəmər, bir yol” (BRI) təşəbbüsü Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük imkanlar təqdim edəcək

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “China Daily”yə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş təşəbbüsü tamamilə dəstəkləyir: “Çünki qədim İpək Yolunun bərpası bütün ölkələrin inkişafı və çiçəklənməsinə xidmət edəcək”.

O qeyd edib ki, Azərbaycan yeni əməkdaşlıq və dostluq körpüləri yaradır: “Biz bu ayın sonunda “Bir kəmər, bir yol” II Beynəlxalq əməkdaşlıq forumunu səbirsizliklə gözləyirik. Azərbaycan bu yüksək səviyyəli tədbirdə fəal şəkildə iştirak edəcək”.

H.Hacıyev deyib ki, Azərbaycan dəniz limanları, aeroportlar, dəmir və quru yollarının daxil olduğu nəqliyyat şəbəkəsi yaradıb: “Son illərdə 15 min km quru yolları tikilib və ölkə Xəzərdə iri dəniz limanlarından birini inşa edir. Bütün bunlar qədim İpək Yolunun mühüm nöqtələridir”.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 2017-ci il oktyabrın 30-da fəaliyyətə başladığını xatırladan PA rəsmisi bildirib: “Bakı-Tbilisi-Qars xətti “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əsas ixracat məqsədilə və aralıq dəhlizi qismində çıxış edir. Azərbaycan, həmçinin İranRusiyanın dəmiryolları sistemini birləşdirən Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı üzərində işləyir”.(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar