Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Eldar Namazov: “Milli Məclisin ömrü uzun olmayacaq, yeni seçki keçiriləcək”...

“Bu parlament beş il üçün seçilməyib. Yeni Milli Məclisin ömrü uzun olmayacaq”.

Bu sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi, politoloq Eldar Namazov növbədənkənar seçkilərin nəticələrini təhlil edərkən deyib.

Bunun səbəblərini açıqlayan E.Namazov maraqlı arqument ortaya qoyub: “2025-ci ilin təqviminə baxsanız bunu görə bilərsiniz. Həmin ilin aprelində Azərbaycanda prezident seçkisi keçirilməlidir. Belə çıxır ki həmin ilin fevralında həmçinin parlament seçkisi keçirilməldir. Belə çıxır ki, eyni ildə, bir ay fərqi ilə iki seçki olmalıdır. Bu, dünyanın heç bir yerində mümkün olmayan şeydir. Seçkilər arasında heç olmasa 2 il fasilə olmalıdır”.

Politoloqun sözlərinə görə, yeni parlamenitn ömrü qısa olacaq: “Bir ya da iki il fəaliyyəti olacaq. Bu Milli Məclis keçid parlamenti olacaq”.

E.Namazov incə detala diqqəti çəkib. Onun sözlərinə görə, seçki kampaniyasında ölkədə prezidentin islahatlarını dəstəkləyən böyük namizədlər qrupunu görmədik: “Bu islahatlara dəstək verənlər fikirləşdilər ki, belə qısa ömürlü parlamentə islahatçı namizədlə getmək, namizədliyi verməyə dəyməz”.

Bəs növbədənkənar parlament seçkiləri bir neçə il sonra yenidən nə adla keçirilə bilər?

E.Namazov bildirib ki, ölkədə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi mümkündür: “Bir neçə məsələ var ki, onların ətrafında müzakirə gedir. Bu müzakirələr göstərir ki, Konstitusiyaya dəyişiklik etməyin vaxtı çatıb. İlk növbədə Nazirlər Kabineti ləğv olunmalıdır. Ölkədə vitse-prezident postu varsa Nazirlər Kabineti artıq olmamalıdr. Digər tərəfdən birinci, ikinci vitse-prezident postlarına da aydınlıq gətirilməlidir. Ölkədə Prezident və Vitse-prezident olur. İkinci, üçüncü vitse-prezident necə ola bilər?”

Sabiq köməkçinin sözlərinə görə, Milli Məclisin tərkibi ilə də bağlı ciddi təkliflər var: “Deputat sayının artırılması, proporsional sistemin qaytarılması, seçkilərin qarışıq qaydada keçirilməsi təklifləri bura daxildir”.

E.Namazov bildirib ki, Referendumda Milli Məclisin fəaliyyəti ilə bağlı dəyişikliklər səsverməyə çıxarılsa o zaman növbədənkənar yeni parlament seçkilərinini keçirilməsi labud olacaq.

E.Namazov seçkilərdə üzə çıxan kütləvi saxtakarlıq faktlarını seçkinin hələ də köhnə qaydalarla keçirilmək cəhdləri ilə izah edib: “Ramiz Mehdiyevi dəyişməklə sistem dəyişmir. Seçki sistemi hələ də köhnə sistemdir. Ona görə də saat kimi işləyən saxtakarlıq sistemi başsız qalanda xaotik oldu”.(azpost.info)

pia.az


Etiket: Eldar Namazov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar