Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevdən sonra SSRİ Nazirlər Sovetinin üzvü olan yeganə azərbaycanlı kimdir? - Fotolar

3 gün əvvəl – may ayının 31-də keçmiş SSRİ-də yeganə azərbaycanlı nazir olan Sabit Orocovun anadan olmasının 108-ci ildönümü tamam oldu...

1972-81-ci illərdə SSRİ-nin Qaz Sənayesi naziri olan Sabit Orucov eyni zamanda Heydər Əliyevdən sonra SSRİ Nazirlər Sovetinin üzvü olan yeganə azərbaycanlı olub.

1946-91-ci illərdə mövcud olan SSRİ Nazirlər Sovetinin tarixi ərzində yalnız 2 azərbaycanlı üzvü olub. Bunlardan biri mərhum prezident Heydər Əliyev olub. Heydər Əliyev 1982-87-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. SSRİ Nazirlər Sovetinə üzv olan digər azərbaycanlı Sabit Atababa oğlu Orucovdur.

Sabit Orucov 31 may 1912-ci ildə Bakının Novxanı kəndində anadan olub. Sabit Orucov 33 saylı ikinci dərəcəli Sovet məktəbini bitirir və onu Ermənistanda əhalinin savadsızlığını ləğv etməyə göndərirlər. 1928-30-cu illərdə o, Azərbaycanın Xızı kəndində kolxozçu gənclər məktəbində müəllimlik edir.

1930-cu ildə Sabit Orucov Azərbaycan Sənaye İnstitutuna (indiki ADNA) daxil olur. O, institutu Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə əla qiymətlərlə (fərqlənmə diplomu ilə) bitirərək, dağ mühəndisi diplomunu alır. 1936—1939-cu illərdə Sabit Orucov “Orcenikidzeneft” trestində, kompressor stansiyasında mexanik, neft mədənində usta, baş mühəndis və müdir vəzifəsində işləyib. 1945-ci illərdə “Orcenikidzeneft”, “26 Bakı Komissarı”, “Buzovnaneft” trestlərinin müdiri işləyib.

1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə “Krasnodarneft” birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft Sənayesi Nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olub, 1965-72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri olunub.
Sabit Orucov 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, 3 dəfə “Lenin” ordeni, 4 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub. İki dəfə SSRİ Dövlət Mükafatı və Lenin mükafatı laureatı olub.
Sabit Orucov 1981-ci ildə Moskva şəhərində vəfat edib, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub.(yeniavaz.com)

pia.az


Etiket: Sabit Orocov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar