Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondu və FHN-nin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 12 aprel 2019-cu il tarixində Sumqayıt şəhər general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli və Sumqayıt şəhər internat tipli gimnaziyaların şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olublar

Fövqaladə Hallar Nazirliyindən verilən məlumata göə, tədbirin keçirilməsində əsas məqsəd gimnaziyaların şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə maraq yaradılması və peşə seçiminə kömək etmək olub.

Heydər Əliyev Fondunun nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə sözügedən gimnaziyaların yuxarı sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, ulu öndərin ömür yolu barədə film nümayiş olunub.

Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı film izləyiblər.

Akademiyanın konfrans zalında şagirdlərlə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev onları salamladıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıb və şagirdlərin gələcək peşə seçimlərində bu görüşün önəmli rol oynayacağına inandığını bildirib. Burada şagirdlərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Daha sonra yanğın-təlim nöqtəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq, şərti qəzaya uğramış avtomobilin kəsilməsi və xəsarət almış şəxsin çıxarılması, eyni zamanda şərti yanğının söndürülməsi əməliyyatının canlı nümayişini şagirdlər xüsusi maraqla qarşılayıblar. Şagirdlər kursantların alpinist divarına qalxma məşqini də izləyiblər.

Bundan əlavə, kurslantların sıra hazırlığı nümayiş olunub, şagirdlər də kursantlarla birgə həmin hazırlıqda iştirak ediblər.

Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.

Şagirdlər tədbirin sonunda ali təhsil ocağının kursantları ilə birgə nahar ediblər.

Sonda şagirdlərlə birgə xatirə şəkli çəkdirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar