Çərşənbə axşamı, 26 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus (COVİD-19) infeksiyasından qorunması, onların sağlamlığının etibarlı mühafizəsi üçün ciddi profilaktik işlər aparılır...

Nazirlikdən verilən məlumata görə, Heydər Əliyev Fondu digər sosial xidmət müəsissələri kimi, bu müəssisəni də daim öz himayəsində saxlayır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilib.

Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib. Müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.

Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.

Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə burada sanitar-gigiyenik vəziyyətə də ciddi nəzarət həyata keçirilir.

Sosial xidmət müəssisəsində pensiya yaşına çatmış 235 şəxs daimi dövlət təminatında yaşayır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İsmayıllıda “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?

Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb, tapşırıb, Vüqar Səfərli də birini verib

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Deputatın vitse-prezident olduğu şirkətdə yüzlərlə vətəndaş işsiz qaldı

Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir

Nazir mühafizəçisini işdən çıxardı - Səbəb

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

Əkrəm Həsənov: "Təyin olunana işləməyə imkan verilməlidir, sındırmaq olmaz"

"Pandemiya daha da artacaq" - Azərbaycanlı professor

İlham Əliyev Pirsaat Baba ziyarətgahının yenidən qurulması işləri ilə tanış olub - Yenilənib

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay