Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Heydər Əliyev Fondu Milli Qəhrəman Mübariz İbrahimovun atasının müalicə xərclərini öz üzərinə götürüb

Bu barədə Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib...

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb.

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.(Report)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar