Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondu 15 il - Füzulidə həyata keçirilmiş layihələr

Ümumilli lider Heydər Əliyevin xatirəsinə ehtiram və dahi şəxsiyyətin milli dövlətçilik ideyalarının yaşadılması zərurətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondunun 15 illiyi qeyd olunur

2004-cü ildə fəaliyyətə başlamış Heydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatımındakı rolu son dərəcə önəmli, xidmətləri danılmazdır. Ölkəmizin təhsilini, səhiyyəsini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
Azərbaycanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Heydər Əliyev Fondunun qayğı və diqqətini əhalimiz daim hiss edir. Heydər Əliyev Fondun Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş məktəb tikilərək istifadəyə verilmişdir. Həmin ildə Heydər Əliyev Fondu tərəfindən füzulili gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün Gənclər Mərkəzi inşa olunmuşdur.

Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərmişdir. Belə ki, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.

Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirmişdir. 2014-cü ildə Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.

2016-cı ildə yenə Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalereyası inşa olunmuşdur.

Hal-hazırda Heydər Əliyev Fondu tərəfində Arayatılı kəndində 80 çarpayılıq iki mərtəbəli, ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçasının tikintisi davam edir.

Bunlar Heydər Əliyev Fondunun son 7 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirmişdir. Belə ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “təhsilə dəstək”, “məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “tibb müəssisələrinin yenidən qurulması və inşası”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri Füzuli rayonunda da reallaşdırılmışdır.

Füzulililər Ulu öndər Heydər Əliyevin ölməz irsini layiqincə yaşadan və təbliğ edən, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.
Füzulililər fəxr edirlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar