Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Ruhani: "Tankerlərin saxlanılması yalandır"

İran Prezidenti Həsən Ruhani BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasını “Vaşinqtonun rüsvayçı məğlubiyyyəti” olaraq dəyərləndirib.

“Report” “Al-Manar”a istinadən xəbər verir ki, Milli Koronavirusla Mübarizə və Qabaqlaması Qərargahlarının sessiyasında nitq söyləyən dövlət başçısı bunu ABŞ-ın beynəlxalq təcridə məruz qalacağının əlaməti olaraq qiymətləndirib.

Bununla yanaşı, dörd tankerlərinin ABŞ tərəfindən ələ keçirilməsinə dair xəbərlərinin yalan olduğunu dilə gətirən İran prezidenti bunun da həmin “rüsvayçı məğlubiyyəti ört-basdır etmək məqsədilə” uydurulduğunu, əslində həmin gəmilərin İrana aidiyyatlı olmadığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsinə 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə verilməklə qəbul olunmayıb.

Ötən gün ABŞ hökuməti Venesuelaya yanacaq daşıyan dörd İran tankerini saxlayaraq yüklərini müsadirə etdiklərini açıqlamışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar