Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Hesablaşma - Ərdoğan və Baxçalının qarşısında kimlər olacaq?..

Daxildə baş verən və baş vermək ehtimalı olan hər hadisə xarici nizam üzərində formalaşır...

Ergün Diler
“Takvim qəzeti”, Türkiyə, 9 avqust 2019-cu il

Hər birimizə aid olan çox önəmli bir məsələ var. Amma çox adam buna fikir vermir. Mənə isə doğrudan çox maraqlı gəlir. Çünki bu, prezident Trampın ən önəmli addımı idi. Nəticələri dünyanı dəyişdirəcəkdi.

Prezident Tramp və Stiv Mnakin dolları devalvasiya etmək istəyiblər. Bu 50% kimi nisbətlərin müzakirə edildiyi bir məsələdir. İnanılmazdır.

“Bank of America” da tezliklə məsələyə müdaxilə edib. Pentaqona Trampın etmək istədikləri hər şeyi təqdim ediblər və beləliklə Trampın qarşısı kəsilib. Lakin hər kəs çox sarsıdıcı hadisələr olacağını pıçıldayır. Bir zamanlar rezident Riçard Nikson da buna bənzər bir addım atmaq istəmişdi, amma impiçment təhdidi qarşısında istefaya getməyə məcbur edildi. Görəsən, Trampın da başına belə bir şey gələ bilərmi? Gəlsə, necə olar? Yaşayıb görəcəyik.

Bildirdiyim kimi, daxildə baş verən və baş vermək ehtimalı olan hər hadisə xarici nizam üzərində formalaşır. Türkiyə isə mövqeyinə görə çox özəl bir yerdədir. Türkiyə insan keyfiyyətinə, inancına, tarixinə, dilinə və hökm sürdüyü torpaqlara görə əvəzsiz bir ölkədir. Bunu hər böyük qüvvə bilir. Türkiyənin mövqeyi bu qədər dəyərli olduqca və Türkiyə üçün mübarizə aparan qüvvələri təsbit etdikdən sonra gələcəyi anlamaq çətin olmur. II Dünya Müharibəsindən sonra Türkiyəyə kommunizmlə mübarizə etmək vəzifəsi verilib. Bir nəfər də çıxıb demir ki, əhalisinin hamısı müsəlman olan bir ölkəyə necə kommunizm gələcək?

Dövlət bütün kadrları ilə mübarizə aparıb. Dövlət öz gənclərini məhv edir. Heç kim də bu prosesə mane ola bilmir. Türkiyə kimi kilid bir ölkə daxili sarsıntılarla məşğul olarkən, öz qaynaqlarına da çata bilmirdi. Sovet hakimiyyəti dağıldıqdan sonra Asiya ilə əlaqə yarada bilmirdi. Təbii ki, PKK da boş dayanmır, hər kəsdən enerji və məsləhət alırdı. Dövlət daxildə güc göstərir və daxildə mübarizə aparırdı. Bütün qurumlar da bu istiqamətdə inkişaf etdirilirdi. Bu məsələ, bəlkə də, dünyada tək idik. Əsgər də Milli Kəşfiyyat Təşkilatı da, Xarici İşlər Nazirliyi də daxildən mübarizə aparırdı.

İranda inqilab olur, Sovet hakimiyyəti dağılır, Səddamlar məhv edilir, Özallar silinir, dünya xəritəsi dəyişirdi və biz də daxilə baxırdıq. Müxalifətləri və koalisiyaları da başa düşmürdük. Başa düşmək üçün lazım olan müəlumat verilmirdi. Kütlə isə sadəcə olaraq kənardan izləyirdi.

Kimin nə olduğu dünən də, bu gün də hələ məlum deyil. Hansı ailələr uzun müddətdir qorunurdu? Hansı şəxslər üçün yolu kim və ya kimlər açırdı? Siyasətdə son sözü deyən malikanələrin sahibi kimlər idi? Pulu əlində saxlayanlar, əslində, kimlər idi? Kimi sevir, kimi sevmirdilər? Pulun sahibləri hansı mərkəzlərə yaxındır? Qurulan çox sayda partiyanı uzaqdan izləyənlər kimlər idi? Bunları heç vaxt bilə bilməzdik.

Sağ, sol deyə-deyə ölkənin illərini oğurladılar. Düşünən gənc beyinləri əzib keçdilər. Aydın nəsilləri itirdik... Eyni durum mediaya da aid idi. Bəs ölkəyə qarşı edilən əməliyyatlarda kimin əli vardı? Və niyə görə bir çox insan türk olmayan rəhbərlərdən əmr alırdı? Mərkəzi Banka, maliyyə dünyasının önəmli simalarına və bəzi icmalara baxdıqda xaricə işləyənləri görmək olurdu. Türkiyənin yaxın tarixi böyük faciələrlə doludur. Çoxlu sirlər var ki, heç kim bu barədə danışmır, dinmir...

Bu yolla gedən Türkiyə Ərdoğan dönəmində də böyük acılar yaşayıb. Bu, həmişə olub, yeni deyil. Elə bir ölkə düşünün ki, ordusu mühafizəkara, MKT-si sağçıya və solçuya, qonşu qonşuya, bürokrat məzhəbə, Qalatasaray Fənərbaxçaya, Fənərbaxça da Trabzona qarşı idi. Daxildə birlik, bütünlük, möhkəmlik istəmirdilər ki, “dünyanın işi”nə qarışmayaq. Oyun bundan ibarətdir.

Son dönəmlərə bir nəzər salın. Üst-üstə o qədər əməliyyatlar baş verdi ki, hər kəs yoruldu. 15 iyul çevrilişi sonuncu addım idi. AKP hakimiyyətə gəldikdən sonra bütün davaların ortasında dayanan əsgər, əfsus ki, 15 iyulda ortada qalmışdı. Çevriliş əleyhinə olanlar çevriliş istəyənlərə mane olurdu. Millətin dəstəyi ilə bir neçə saat ərzində müxtəlif cəhdlər edilmişdi və respublika tarixindəki ən böyük təmizləmə işi gedirdi. Gedənlər də NATO-ya yaxın olan simalar idi. Onlar ya həbs edilirdilər, ya da işlədikləri yerdən sığınacaq istəyirdilər. 15 iyul hadisələrinin qarşısı alınsa da, ölkə daxilindəki sülh zədələnirdi. Son təhlildə yenə xaricdən güc alaraq hərəkət edənlər, daxildəkilərin müqaviməti ilə üzləşmişdilər.

Bəs digər çevrilişlər, cəhdlər fərqli idimi? Əlbəttə, yox. Bilməli oldğumuz budur. Daxildəki şəxslər önəmli deyil, əsas məsələ onlara yuxarıdan əmr verənlərdir. 15 iyul keçmiş olsa belə, mübarizə bitibmi?

Türkiyə Respublikası öz iradəsi ilə Avrasiya bucağına keçdi. Bu, ən önəmli və ən kritik qərar idi. Çünki NATO üzvü idik. 1945-ci ildən bəri Amerika ilə yol gedirdik. İngiltərə də hər zaman daxildə, yanımızda olub. Amma biz Avrasiyaya gedirdik… Bu, Respublika tarixinin ən vacib həmlələrindən biri idi. Görəsən, bizi necə bir gələcək gözləyirdi?

Türkiyədə güc yığan təşkilatlar önə çıxacaqdı. Bu isə Türkiyənin mövqeyi ilə bağlı idi. Orduda da, Xarici İşlərdə də, siyasətdə də Avrasiya bucağına qarşı olan çox insan vardı. “Rus silahlarının üzərindəki yazını bizim əsgərlərimiz oxuya bilməz”, deyənləri görmüşəm. Çox konkret bildirilməsə də, mən şəxsən türk ordusunun ABŞ-dan və NATO-dan uzaqlaşmaq istədiyini görürəm. Bu daha əvvəl də müzakirə edilib. Süleymaniye hadisəsi isə artıq sonuncu addım idi. Sonra isə yavaş-yavaş diplomatiya ilə aradakı məsafə açıldı. Ordu daxilində verilmiş qərarlar da, demək olar, bütün partiyalar tərəfindən qəbul edilmişdi. Amma təbbi ki, yenə buna qarşı çıxanları görmək olur.

Casus Skripal hadisəsindən sonra Kraliça ilə Rotşild ailəsi bir-birindən uzaq düşdü. Bu durumda dq Pentaqon Kraliçaya yaxın oldu. Tramp da buna üsyan edib və reaksiyasını Londonda göstərib. ABŞ prezidenti Tramp Ərdoğana müsbət yanaşır və Türkiyə olmadan hərəkət etmək istəmir. Əksi də mümkündür, əlbəttə.

Pentaqon da hal-hazırda Türkiyədən çox uzaqdır və qısa zamanda münasibətlərin düzəlməsi mümkün görünmür. Ola bilət ki, kraliça da AKP-yə səmimi baxmır, amma daxildə önə çıxmasını istədiyi insanlar var və olacaq. Burada isə vacib olan Türkiyənin mövqeyidir. Daxildən mütləq ki, siyasi mübarizə baş verəcək. Çünki dünyada mübarizə apaean qüvvələr burada da çox güclüdürlər. Hamı Türkiyə ilə davam etmək istəyir.

Avrasiya ilə Rusiya və Türkiyə get-gedə yaxınlaşır. Çin üçün yaşıl işıq yanır, ABŞ isə itkilər verir. Vəziyyət budur. Türkiyə sayəsində illərdir Orta Şərqdə hər istədiyini edən Vaşinqton isə buna qarşı çıxır. İndi indi isə İngiltərə də bu xora qatılıb. 1945-dən bəri burada güclü olan ABŞ və İngiltərə həyati önəm daşıyan bir ortağı buraxıb getmək istəməyəcək. Lakin türk dövləti Avrasiyadadır...

Sual olunur: Bəs bu mübarizə necə aparılacaq? Cavab sadədir: siyasətlə.

Nəticə necə ola bilər? Türkiyə Avrasiyadan qayıda bilərmi? Bu sualın cavabı hələlik məlum deyil. Məlum olan tək şey odur ki, Türkiyənin istiqaməti uğrunda olan mübarizə daxildən başlayıb. Ad çəkmək istəmirəm, lakin qeyd etməliyəm ki, Ərdoğan və Baxçalı eyni cərgədə olacaq. Qalanları isə qarşılarında olacaq.

Əslində, partiyalar və şəxslər o qədər də önəmli deyil, mövqe məsələsi düşündüyünüzdən daha dərin bir şeydir. Bildiyimiz nə qədər siyasətçi, partiya və onlar üzərində təsirli olan nə qədər insan varsa, Ərdoğanın və Baxçalının əleyhinə olacaqlar.

Dünya yeniden qurularkən daxildə tək və bütün halda ola bilsəydik, çox əla olardı. Amma yenə olmadı. Tarix təkrar olunur. Görünür, bütün bunlardan dərs çıxarmamışıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...