Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hesabatda bu barədə bir cümlə də yoxdur…”

Nazirlik deputata cavab verdi

Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır.

Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev “Trend”in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur: “Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik”.

M.Piriyev həmçinin vurğulayıb ki, Maliyyə Nazirliyi Hesablama Palatasının təqdim etdiyi 2018-ci il üzrə hesabatı təqdir edir və dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, artıq və əsassız ödənişlərin aşkar edilməsi, təqsirkar şəxslər hesabına həmin vəsaitlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində Palata tərəfindən görülən işləri tam dəstəkləyir və onunla bu istiqamətdə sıx əməkdaşlıq edir.

Mətbuat katibi həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin apardığı nəzarət tədbirləri Hesablama Palatası ilə müqayisdə daha az sayda təşkilat və qurumları əhatə edir. Bununla belə, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətlə bağlı prinsipial və sərt addımlar atılır. Təkcə ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində 7 mln. manatdan çox əsassız ödənişlər aşkar edilib, ümumilikdə 55 təşkilat üzrə nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Nazirlik rəsmisi bildirib: “Hesab edirik ki, büdcədən maliyyələşən təşkilatların rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti daha da gücləndirməli, qanunun tələblərinə riayət etməli, büdcə intizamını pozan və mənimsəmələrə yol verənlərə qarşı sərt tədbirlər görməlidirlər”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar