Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır”

"Əgər Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinə Qarabağa Rusiya qoşunları göndərməsi və ya uçuşsuz zona tətbiq etməsi xahişi ilə bağlı müraciətinə cavab bəyanatını diplomatik dildən məişət dilinə tərcümə etsək, görərik ki, Rusiya XİN Paşinyana nəzakətli şəkildə yox deyib".

Bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Rusiya XİN-in Paşinyanın Rusiya prezidentinə kömək müraciəti ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Niyə? Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır. Rusiya beynəlxalq hüquqa hörmət edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiyanın qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazım olan bütün köməkləri göstərəcəyi vurğulanıb. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar