Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hərbi ekspert Azərbaycanın hücum silahları almasının məqsədini açıqladı

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Nazir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Ümumilikdə Müdafiə naziri ordu ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallara faktlar əsasında cavab verdi”...

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert bildirib ki, Zakir Həsənov 2013-cü ildən orduda başlayan islahatlara toxunaraq son 7 il ərzində Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işləri açıqlayıb və prosesin bu gün də davam etdiyini vurğulayıb: “Bununla nazir cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi. Zakir Həsənovun açıqladığı faktlar isə düşməni narahat etməyə bilməz. Erməniləri narahat edən ordumuzun müasir hücum silahları ilə silahlanmasıdır. Məsələn, Müdafiə naziri bildirib ki, Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnika alıb. Habelə müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsullarının alınmasına prosesi isə indi də davam etdirilir. Bu, vacib faktdır və Müdafiə nazirinin cəmiyyət qarşısında bu rəqəmləri açıqlaması ərazilərimizi işğal altında saxlayan Ermənistana ciddi ismarıcdır. Nazir bununla Azərbaycanın hərb qüdrətinin Ermənistandan qat-qat yüksək olduğunu açıq şəkildə dünyaya bəyan etdi və bu müasir silahların düşməni məhv etmək üçün onların mövqelərinə tuşlandığına işarə etdi. Ən vacib məqam isə ordunun birmənalı şəkildə hərbi əməliyyatlara tam hazır olmasının bəyan edilməsi idi. Zakir Həsənov müsahibəsində bir neçə dəfə Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatlarını xatırladaraq bu cür zərbələrin davamlı olacağını istisna etmədi”.

R.Məmmədlinin fikrincə, Müdafiə nazirinin qoşunların təmas xətti boyunca manevr imkanlarının güclənməsinə dair fikirləri də qarşı tərəfdə narahatlıq yaradıb: “Ordumuzun son illərdə hücum silahlarına üstünlük verməsi də Zakir Həsənovun çıxışında hiss olunmaya bilməzdi. Ordumuzun son illərdə əldə etdiyi silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Müdafiə nazirinin fikirlərindən də belə qənaətə gəlmək olur ki, Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması üçün başlayacağı hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq. Ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal altında saxladıqları rayonları özləri üçün guya bufer zona sayırlar. Nazirin son açıqlamaları ilə düşmənin bu iddiası alt-üst oldu. Hesab edirəm ki, Zakir Həsənov bu müsahibəsində açıq və dolayısı ilə bildirdi ki, "bufer zona" Ermənistan Ordusunu məğlubiyyətdən xilas etməyəcək”.

Hərbi ekspert vurğulayıb ki, ordunun şəxsi heyətinin koronavirus pandemiyasından qorunması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir: “Virusun vüsət almaması üçün tədbirlərin davam etdirilməsi sevindiricidir”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

Avqust ayında qəbul imtahanı olmazsa, abituriyentlər orduya çağrılacaq?

ANS-in məşhur aparıcısının atası da koronavirusdan öldü - anasından 1 həftə sonra

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Bakı polisi hoteldə əməliyyat keçirir - Foto, Video

Keçmiş deputat icra başçısına “artist” dedi

loading...

Ən çox oxunanalar