Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər gün tender udan şirkət – Sifarişləri kim verir?

6 ay müddətində dövlət qurumlarından qazanılmış 166 tender və 48 milyon manata yaxın sifariş

Azərbaycanda özəl şirkətlərin və iş adamlarının 90%-nin arzusu olan bu göstəricilər ölkənin qeyri-rəsmi «tender çempionu» olan «İnpeks N» MMC-yə məxsusdur.

Sözügedən şirkət ilin əvvəlindən keçən 180 gün ərzində dövlət təşkilatlarından 166 tender və kotirovka sorğusu qazana bilib.

Şirkətin dövlət satınalmalarındakı uğurlu göstəriciləri və məhsuldarlığı fenomenaldır.

FED.az-ın müşahidələri göstərir ki, indiyədək heç bir şirkət – ayrı-ayrı rayonlardakı aktiv iş adamlarını nəzərə almayanda – belə göstəricilərə nail olmayıb.

İlin əvvəlindən keçən dövr ərzində şənbə bazar günlərini, bayram və ümummilli matəm günlərini çıxanda təqribən 120 təmiz iş günü qalır. Bu hesabla «İnpeks N» hər gün orta hesabla 1,4 tender və ya kotirovka sorğusunun qalibi olub.

Şirkətin sifarişçiləri arasında bəzi dövlət qurumları ıxüsusilə fəaldırlar. Məsələn, sözügedən şirkət Mədəniyyət Nazirliyi və onun regional bölmələrinin onlarla tenderinin qalibi olub. Bu nazirliyin həm mərkəzi aparatının, həm bölgələrdəki regional idarələrinin, həm də ona tabeli qurumların – Axundov kitabxanası, Xoreqrafiya məktəbi, və BakıMədəniyyət İdarəsi dövlət satınalmaları zamanı «İnpeks N»in təkliflərinə üstünlük veriblər.

Maraqlıdır ki, bu il ərzində rəsmi açıqlanan məlumatlarda «İnpeks İ» başqa heç bir nazirliyin tenderini udmayıb.

Əvəzində, bir sıra rayonların mərkəzi Xəstəxanaları ehtiyclarını onunla ödəməyə üstünlük veriblər. Bunların arasında Bərdə, KürdəmirUcar Xəstəxanaları var.

Yeri gəlmişkən, «İnpeks N» şirkətinin ən çox tender qazandığı rayonlar arasında BərdəAğdaş rayonları xüsusidə seçilir.

Bunlardan başqa, sözügedən şirkət Bakı İcra Hakimiyyətinin bir neçə böyük tenderlərini qazanıb – cəmi 3 tender çərçivəsində 22,6 milyon manat.

«İnpeks İ»lə əməkdaşlıq edən rayonlar arasında Bakının Nərimanov, Yasamal, Suraxanı Sabunçu, Xəzər, Səbail və bölgələrdən Tərtər rayonu da var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar