Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər gün gəncləşən "yorğunluq sindromu" yayılmaqdadır

Dinamik həyat tərzi, stress, ailə-məişət qayğıları insanlarda narahatlıq duyğusunu artırmaqdadır...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, işdə daimi narahatlıq, sosial şəbəkələrdə aqressivlik, tez-tez səslənən "bağışla, amma vaxtım yoxdur" kimi bəhanələr gənc işçilər arasında sürətlə yayılır. Əvvəllər bu hala həkimlər "Burnout halı" deyirdilər. Bu ilin may ayında Dünya Səhiyyə Təşkilatının "Burnout halı"nı tibbi vəziyyətdən sindroma dəyişdirməsi, sadəcə, bunun nə qədər ciddi olduğunu sübut etdi. Bu, xəstəlik sayılmasa da, sindrom kimi ciddi nəticələrə səbəb ola bilər.

Bu sindrom barədə psixoloq Milda Pivoryute öz "araşdırmasında yazır: "Bəziləri depressiyadan daha prestijli və cəlbedici olan statusun simvolu kimi yorğunluqdan danışmağa başlayırlar. Depressiyanın guya bir uğursuzluq və tükənmənin qaliblər üçün bir mükafat olduğu hesab olunur. Nə qədər yorğun və məşğulsansa, sosial statusunuz bir o qədər yüksəkdir."

Psixoloq öz şəxsi təcrübələrini də qeydə alıb. Yazıb ki, öz həyat tərzi və işinin çoxluğu səbəbindən 27 yaşında yuxusuzluq və iştahasızlıqdan ciddi əziyyət çəkərək, anoreksiya kimi ağır xəstəliyə düçar olub: "Biz hazırda əməksevərliyin yüksək qiymətləndirildiyi cəmiyyətdə yaşayırıq. Bu zəhmət professional uğur və status gətirir. Lakin əvəzində yorğunluq, tələskənlik, vaxt çatışmazlığı yaranır. İnsanlar tədricən ailə və şəxsi münasibətlərini karyeraya qurban verməkdə problem görmürlər və bunlar gələcəkdə ailə münasibətlərinə təsir edir. İnsanlar daha övlad sahibi olmaq istəmədiyindən inkişaf etmiş və etməkdə olan ölkələrdə əhalinin sayı azalır".

Hazırda ölkə rəhbərlikləri, psixoloqlar, sosioloqlar həyəcan təbili çalır. İnsanlara daha çox dincəlmək, təbiətlə baş-başa qalmaq, ailə və sevdiklərinə vaxt ayırmaq tövsiyə olunur. Sağlam həyat tərzi dəbə çevrilsin deyə, müxtəlif proqramlar tətbiq edilir.

Son hesablamara əsasən, Avropada 730 milyon insan yaşayır. Əhali artımı dünyanın digər qitələrinə nisbətən yavaş və orta yaş nisbətən yüksəkdir. Doğuş nisbətinin aşağı olduğu ölkələr arasında Çin, ABŞ, Braziliya, Rusiya, Yaponiya, Vyetnam, İran, Tayland və Birləşmiş Krallıq da var. Avropada isə ən acınacaqlı durum İtaliya, İspaniya, Polşa və Almaniyadadır. Bu ölkələr də azalan əhali sayını miqrantlar hesabına əvəz etməyə çalışırlar. Mütəxəssislər qaçqın və miqrant axınının xüsusən, Avropada məhsuldarlığın azalmasını kompensasiya etdiyini, ancaq əhalinin ümumi azalmasına mane olmadığını söyləyirlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar