UNİCEF xəbərdarlıq edir...
"Yeni tip koronavirus pandemiyası səbəbilə 68 ölkədə doğuş zamanı peyvənddən imtina edilib. Bu, 1 yaşdan kiçik olan 80 milyon uşağın həyatı üçün ciddi təhlükədir”.
PİA.az xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.
Onun sözlərinə görə, "Evdə qal" kampaniyasına qoşulan ölkələrdə tibbi xidmətlərin səviyyəsi aşağı düşüb. “Doğuş zamanı edilən peyvəndlərdən imtina üzündən növbəti 6 ay ərzində hər gün 6 min uşaq ölə bilər" – deyə, Henrietta Fore bildirib. (Yenisabah.az)
pia.az