Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər...” – Gerçəklər

Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır...

Ölkədə hər gün 500-dən çox insanın koronavirisa yoluxduğu məlum olur.

Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.

Media.Az martın 24-dən başlayaraq, hər gün 8-12 saat ərzində COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevlə mövcud vəziyyət barədə söhbət edib.

N.Əliyev bildirib ki, əvvəllər xəstələr arasında virusu yüngül və asimptomatik keçirənlər var idisə, hazırda xəstəxana virusu orta və ağır keçirən xəstələrlə doludur.

“Bu gün xəstəxanada boş çarpayı yoxdur. Xəstəxanadan evə buraxılan şəxsin yerinə dərhal yeni xəstə gəlir. Hazırda xəstəxanada COVID-19 virusuna yoluxmuş 160-dan çox şəxs müalicə alır, onlardan 16-sı reanimasiya şöbəsindədir. Reanimasiyaya yerləşdirilən xəstələr süni tənəffüs və ya SİPAP aparatlarına qoşulub”, - deyə, N.Əliyev qeyd edib.

Xəstələrin yaşından danışan həkim xəstəliyin son zamanlar xeyli cavanlaşdığını söyləyib. Onun sözlərinə görə, müəyyən bir yaş kateqoriyasını təyin etmək mümkün deyil - koronavirus bütün yaş qruplarından olan insanlar üçün təhlükəlidir.

N.Əliyev bildirib ki, xəstəxananın müxtəlif şöbələrində ümumilikdə yeddi infeksionist işləyir. Onların vəzifəsi müalicə təyin edərək, xəstəliyin inkişafının dinamikasını müşahidə etməkdir.

“Xəstəyə ancaq infeksionist müalicə yaza bilər. COVID-19 xəstələri üçün əsas müalicə protokolu antivirus terapiyasıdır. Ehtiyac yaranarsa, antibakterial müalicə təyin edirik. Müalicənin gedişində yanaşı xəstəliklər də diqqətdə saxlanılır. Koronavirus xəstələrinin müalicəsi üçün müxtəlif ixtisaslardan olan həkimlər cəlb olunur. Əsas şərt baza tibb təhsilinin olmasıdır. Həkimlər xəstələrin vəziyyətini izləyir. Ümumiyyətlə, Azərbaycanda dar ixtisaslı həkimlər də daxil olmaqla, yoluxucu xəstəliklər üzrə təhsilli mütəxəssislər çatışmır”, - deyə, həkim-infeksionist vurğulayıb.

N.Əliyev xatırladıb ki, pandemiyanın başladığı vaxt ümumi müalicə sistemi yeni qurulurdu, daha çətin şəraitdə işləmək məcburiyyətində qalırdılar: “İnsanlar qorxu, vahimə içində idilər. Hansısa məqamda biz həkimlər də qorxmuşduq. Bu günə qədər istirahət günləri də daxil yaxınlarımızı və dostlarımızı görmək imkanından məhrum olmağımıza baxmayaraq, koronaviruslu xəstələrin müalicəsini həyata keçirməkdə davam edirik. Bizim üçün ayrılmış xüsusi karantin hotelində yaşayırıq. Xüsusən yay aylarında geyinilməsi dözülməz olan qoruyucu kostyumlarda işləyirik. Güman edirik ki, bu iş rejimi ilin sonuna qədər davam edəcək”.

N.Əliyev üçün pandemiya ilə mübarizədə ən çətin məqam psixoloji amildir. Gözünün qarşısında xəstələrin boğulduğunu görmək və onlara kömək edə bilməmək ağırdır.

Həkim koronavirusa yoluxmuş həmkarlarının sayından narahatlıq keçirsə də, bu kateqoriyalı xəstələrlə işləməkdən imtina etmək fikrində olmadığını etiraf edib: “Həyatları üçün məsuliyyət daşıdığım xəstələrin taleyi məni narahat edir. Bəzən hətta düşünürəm ki, başıma bir iş gəlsə, onların taleyi necə olacaq?”

Həkim-infeksionist qeyd edib ki, zamanla koronavirus Azərbaycanda daha aqressiv hala gəlib: “Ölkəmizdə pandemiyanın nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Biz o həddə gəlmişik ki, hər evdən bir nəfər koronavirusdan vəfat edə bilər. Bu səbəbdən gənclərimizdən və yaşlı vətəndaşlardan xahiş edirəm ki, özlərini qorusunlar, bütün profilaktik qaydalara əməl etsinlər. Bununla siz infeksiyaya qarşı mübarizə aparan həkimlərimizə dəstək vermiş olursunuz”.

pia.az


Etiket: koornavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar