Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər bir ailəyə 300 manat veriləcək? - Açıqlama

"Hər bir ailəyə 300 manat verilsin"...

Bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun fikrincə, bu təklif Qurban bayramı ərəfəsində bütün ailələrin sevincinə səbəb olar:

"İyul ayı üçün əhaliyə yardım verilməyib. Avqust ayını da daxil etməklə hər ailəyə heç olmasa 300 manat yardım edilsin. Biz desək ki, gətirilən heyvanlar və əti ucuz satılsın, bu alınmayacaq. Kəndlilər çalışır ki, ildə bir dəfə normal gəlir əldə edib öz problemlərini həll etsin. Onsuz da ildə bir dəfə əldə olunan gəlirdən problem həll etmək mümkün deyil. Yəni, bu bahalıq dövründə onlar da əldə etdikləri qazancla öz ailəsinin sosial durumunu təmin etsinlər. Azərbaycanda ət istehsalı baha başa gəlir. Bunun da səbəbi var, örüş əraziləri əkin sahələrinə verilib, ot qıtlığı yaranıb, otun, yemin qiyməti bahadır. Xaricdən gətirilən heyvanlar da monopoliyadadır, əksəriyyəti yüksək vəzifəli adamlardır. Onların da iştahı böyükdür. Odur ki, əti ucuzlaşdırmaq mümkün olmayacaq".

Ekspert hesab edir ki, bu bayramda dövlət mütləq addım atmalıdır:

"Bu, istehsalı stimullaşdıracaq. Əhalinin durumu çox pisdir. Pandemiya dövründə əhalinin bir hissəsi işə çıxa bilmir. Xüsusi xidmət sahələrində çalışanlar və əhalinin işsiz hissəsinin heç yerdən gəliri yoxdur. Ən yaxşı çıxış yolu hər ailəyə 300 manat yardım etməkdir. Bu da problem deyil. Ölkədə 2 milyon ailə var. Məncə, bu ən yaxşı təklif ola bilər".(Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar