Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həqiqətənmi repetitorluğun təhsildə fəsadları çoxdur?

“Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları istisna deyil” - Təhsil eksperti

“Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov repetitorluğun təhsildə rolu barədə deyilən fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın Maarif naziri Olqa Vasilevanın “ota məktəblərin yuxarı siniflərində şagirdlər oxumurlar, ancaq repetitorla hazırlaşırlar”, fikri bizim sosial mediyada da geniş müzakirə olunur.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzuya münasibət bildirərkən deyib: “Bu nəticəyə 10 illər öncə gəlmişik. Repetitorluq təhsili içərisindən yeyir və təhsildə çoxlu fəsadların səbəbidir:

a) repetitorluq fərdin təhsilidir, 1920 ildən qabaqkı təhsildir, bizi geriyə dartır;

b) repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir;

c) repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir;

d) repetitorluq tərbiyəyə və və vənpərvərliyə əngəldir;

e) repetitorluq biliyin mənimsənməsinə yox, əzbərciliyə xidmət edir;

f) repetitorluqdan istifadə edə bilməyən gənclər mənəvi cəhətdən sarsılır;

g) repetitorluq şəhər nəqliyyatında tıxaclara səbəb faktordur.

Və daha nələr, nələr!”

Həqiqətənmi repetirorluğun təhsildə fəsadları çoxdur?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər”.

Son zamanlar abituriynetlərin repititorlara az müraciət etməsinin əsas səbəbi kimi onların xidmət haqlarının yüksək olmasını göstərən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər:

“Əfsuslar olsun ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Mənim fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

Əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

Son vaxtlar abituriynetlərin repititorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər.

Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyin iki repitirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repititora verdiyi xidmət haqqını ödəyir.

Bundan başqa son dövrlədə qəbul imtahanlartında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar electron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar.

Kamran Əsədov: “Repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı”.

Bundan başqa bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repititor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.

Hesab edirəm ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repititorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, vergilər Nazirliyivə Sosial müdafiyə nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.

Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq setifkatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir.

Düşünürəm ki, bunu repititorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır. Ümumilikdə, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib.

Kamran Əsədov: “Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq”.

Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

Repitirorluq hal-hazırda nəyə səbəb olur:

1.Təhsildə korrupsiyaya yol açır;
2.Tədris prosesini pozur;
3.Məktəbin işini pozur;
4.Şagirdlərin həyatı üçün təhlükə yaranır;
5.Milli ruhun ölməsinə səbəb olur;
6.Şagirdin fiziki və zehni yüklənməsinə gətirib çıxarır”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar