Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Sabah Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək...

Təhsil eksperti: “Yaxın vaxtlarda təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması mümkündür”.

“Təhsil müəssisələrinin nə vaxt açılağına olan maraq və bununla bağlı müxtəlif etimallar və fərziyələrin irəli sürülməsi təbiidir”.

Bu sözləri təhsil eksperti Nadir İsrafilov yaxın günlərdə məktəblərin açılması ilə bağlı deyilən fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt karantin rejimi yumşaldıqdan sonra yenidən başlayıb-başlamayacağı maraqlandırır. Deyilənlərə görə məktəblər ikinci yarımilin əvvəlində açılacaq.

Bəzi yayılan məlumatlara görə isə Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir. Artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verildiyi bildirilir. Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür. Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Sabah - yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.

Bəs həqiqətən də məktəblər açılacaqmı və bundan sonra əyani təhsilin davamlı olacağını gözləmək olar?

Məktəblərin açılmasını və onun nəticələrini PİA.az-ın əməkdaşı təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovla müzakirə edib.

Nadir İsrafilov: “Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq”.

Distant təhsillə bağlı vahid standartların hazırlanmasına böyük ehtiyacın olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bu, eyni zamanda bizim təhsil sisteminin yeni çağırışlara hazır olmağımız baxımından da zəruridir:

“Nəzərə alsaq ki, hazırda ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var, deməli hardasa 2 milyona yaxın əhali təhsil prosesi iştirakçısıdır ki, bu da o qədər də kiçik rəqəm deyil. Bu baxımdan təhsil müəssisələrinin nə vaxt açılağına olan maraq və bununla bağlı müxtəlif etimallar və fərziyələrin irəli sürülməsi təbiidir. Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə, müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsirsiz ötüşməyib, təhsil sferasında müəyyən problemlər yaradıb, bununla belə, təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib. Təhsil sistemi üçün ağır keçən bir ilə yaxın müddətdə təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır.

Göründüyü kimi, məktəblərin və digər təhsil müəssisələrinin tezliklə açılması məsələsi təkcə təhsil sektorundakı insanları - məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi maraqlandırır. Bu yaxşı haldır, lakin bir məqamı da nəzərə almalıyıq ki, bu situasiyada vəziyyəti heç də hər hansı bir ehtimal və gözlənti deyil, real vəziyyət diktə edir. Buna görə də hesab edirəm ki, II yarımildə təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı irəli sürülən mülahizələr bizim arzu və istəklərimizdən asılı olmayaraq zaman bağlı olan məsələdir və bu kimi fərziyələr heç də məktəblərin arzuladığımız zamanda açılacağı anlamına gəlməməlidir.

O ki, qaldı hamını maraqlandıran məktəblərin konkret olaraq nə vaxt açılıb-açılmaması ilə bağlı qərara, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında da qeyd edildiyi kimi, Təhsil Nazirliyi yanvarın 22-ə planlaşdırdığı brifinqdə bu və bu kimi digər məsələlərə aydınlıq gətirəcək. Nazir bununla bağlı müvafiq qərarları açıqlayacaq. Yəqin ki, geniş ictimaiyyəti maraqlandıran digər sualları da cavablandıracaq.

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanvarın 22- nə planlaşdırdığı brifinqdə bu və bu kimi digər məsələlərə aydınlıq gətirəcək”.

Mənim subyektiv mövqeyimə qaldıqda isə, onu deyə bilərəm ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan, sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılmasını və bu qərara əsasən bir sıra ictimai-iaşə obyektivlərinin fəaliyyətinə icazə verilməsini, ən başlıcası isə, Respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq, yaxın vaxtlarda təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması mümkündür. Əlbəttə, sanitar-epidemioloji qaydalara ciddi əməl olunmaqla.

İstənilən halda, Nazirin də son olaraq bildirdiyi kimi, bununla bağlı qərar qəbul ediləcək: “Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək”.

Son olaraq onu əlavə edə bilərəm ki, II yarımildə tədrisə hansı formada başlanacağından asılı olmayaraq, özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil - “Hibrid” adlandırdığımız təhsil–vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək. Bir də ki, distant təhsil bizim Təhsil Qanunvericiliyimiz ilə nəzərdə tutulduğundan, distant təhsillə bağlı vahid standartların hazırlanmasına böyük ehtiyac var. Bu, eyni zamanda bizim yeni çağırışlara hazır olmağımız baxımından da zəruridir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar