Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmkarı ilə ailə həyatı qurmuş azərbaycanlı məşhurlar - Foto

“Həyat yoldaşı seçimində yanılmaq bütün həyatı uduzmaq deməkdir” deyirlər. Kimin uduzub, kimin qalib gəldiyinə isə zaman qərar verir. Bir ömür özünə yoldaş tapmaq həm xanımlar, həm də bəylər üçün olduqca vacib və çətin məqamdır. Şou-biznes əhlinin bir qismi isə axtardığı sevgini elə məhz öz həmkarında tapıb.

Oxu.Az şou-biznesdə öz həmkarı ilə evlənmiş məşhurları təqdim edir:

ATV telekanalının iki məşhur siması - aparıcı Zaur Baxşəliyev və həmkarı Günay Qələndərli - 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün Dilavər və Davud adlı iki övladı var.

Xəyanət iddiasına görə qalmaqallı şəkildə boşanan müğənni Təranə Qumral və həmkarı Musa Musayev 2015-ci ildə yenidən evləniblər. Qeyd edək ki, Təranə və Musa cütlüyünün bu münasibətdən Sevgi adlı bir qız övladı var.

“Vicdan haqqı” serialı vasitəsi ilə tanış olan aktrisa Ülviyyə Xəlilbəyli və həmkarı Murad İsmayıl 2018-ci ildə ailə həyatı qurublar. Cütlüyün iki oğul övladı var. Onlar sözügedən serialda bacı-qardaş rolunu canlandırırdılar. Son günlər sosial şəbəkələrdə Ülviyyə və Muradın ayrıldıqları ilə bağlı iddialar ortaya çıxıb. Cütlük isə iddiaları cavabsız qoyub.

Həmkarı ilə ailə həyatı quran növbəti cütlük isə Əməkdar artist Şövqi Hüseynov və aktrisa Şəbnəm Hüseynovadır. Şəbnəm xanımın sözlərinə görə, elə teatrda tanış olublar: “O vaxt Bakı Kamera Teatrı var idi. Şövqi də orada çalışırdı. Mən tələbə idim. O teatrda işləməyə gəlmişdim. Əvvəlcə iş yoldaşı və dost olduq. Sonra münasibətlər daha da ciddiləşdi”.

Cütlüyün bir oğlu var.

Aparıcı Vüsalə Əlizadə və həmkarı Azər İsmayılov da bir zamanların məşhur cütlüklərindən idi. Ancaq onların ailə həyatı dörd il davam edib. Cütlük 2013-cü ildə boşanıb. Boşanmaya səbəb kimi Azərin Vüsaləyə xəyanət etməsi bildirilir. Onların Dilək adlı övladı var. A.İsmayılov 2016-cı ildə Nəcibə adlı xanımla ikinci dəfə ailə qurub. 2018-ci ildə aparıcı Nəcibədən də ayrılır. 2019-cu ilin sonunda isə o, üçüncü dəfə evlənib.

Aktyor Hüseyn Əlili və həmkarı Gültac Əlili 2010-cu ildə ailə həyatı qurublar. Cütlüyün bu evlilikdən iki övladı var. Hüseyn daha öncə “Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva ilə ailəli olub. Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir.

Əməkdar artist Çingiz Əhmədovun oğlu aktyor İbrahim Çingiz həmkarı Aydan Axundzadə ilə ailə həyatı qurub. Cütlük ötən il evlənib. Hazırda onlar ATV-də yayımlanan “Yuxu kimi” serialında birgə rol alırlar.

Aktrisa Asya Atakişiyeva da öz sevgisini həmkarında tapıb. O, ötən il aktyor Əmrah Dadaşovla ailə həyatı qurub.

Azərbaycan seriallarının tanınmış simalarından aktyor Zaur Şəfiyev və aktrisa Dəniz Tacəddin ötən ilin fevral ayında ailə qurublar. Dəniz Tacəddin aktrisa olmaqla yanaşı, “ITV səhər” proqramının aparıcısıdır. Xatırladaq ki, bu, Zaur Şəfiyevin ikinci evliliyidir. 41 yaşlı aktyor 2009-cu ildə keçmiş ANS TV-nin aparıcısı Nigar Mahmudova ilə ailə qurub, cütlük 2012-ci ildə boşanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar