Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmin əmr olmasaydı, o torbaları ABŞ əsgərlərinə yedirərdik…”

Türk general 16 il əvvəlki hadisədən danışdı

ABŞ-la Türkiyə arasında 2003-cü ilin 4 iyulunda yaşanan böhrandan düz 16 il keçir.

Həmin tarixdə ABŞ və Türkiyə arasında böhran yaşanıb.

İraqın Suleymaniyyə şəhərində Türk Xüsusi Qüvvələrinin 8 hərbçisi amerikalı əsgərlər tərəfindən saxlanılıb, daha sonra onların başına torba keçirilib. Sonradan türk əsgərlər İraqdan deportasiya edilərək Türkiyəyə təhvil verilib. Bu hadisə həmin vaxt Türkiyədə şok yaradıb.

16 ildən sonra bu hadisə haqqında danışan həmin dövrün Xüsusi Qüvvələr komandanının müavini, general Abdulla Qılıncarslan maraqlı faktları açıqlayıb.

General deyib ki, Suleymaniyyədə türk əsgərlərinin başına torba keçirməzdən iki ay əvvəl Baş Qərargah rəisi Hilmi Özkökün verdiyi təlimat əsasında onların silah tətbiq etmək səlahiyyəti dayandırılıb.

General əlavə edib ki, 2002-ci ilin aprel ayında ehtimal edilən İraq hərəkatı öncəsi plan hazırlanıb: “PKK və koalisiya güclərinin dost münasibət sərgiləmədiyi müddətdə silahlı qarşılıq veriləcək əmrini Şimali İraqda xidmət göstərən hərbi personalımıza çatdırdıq. Kərkükdə məlum hadisələr baş verdikdən sonra biz yenidən Ankaraya yazdıq və bundan sonra eyni xarakterli bir hadisə olduqda necə davranmalı olduğumuz haqda məlumat istədik.

Baş Qərargah rəisi Hilmi Özkökün 2003-cü ilin mayında “ABŞ və koalisiya qüvvələri ilə qarşıdurma yaradılmayacaq və dost münasibətlər gözləniləcək” əmri bizə çatdırıldı. Bu əmr hər hansı şərtin olmasından asılı olmayaraq türk əsgərinin silah tətbiq etməsinin önünü kəsirdi”.

Təqaüddə olan general əlavə edib ki, 2003-cü ilin 4 iyul günü 8 türk əsgərinin olduğu qərargaha ABŞ 150 əsgəri hücum edib: “Əgər düşmən ünsürlərinə qarşılıq vermək haqqı olsaydı türk ordusunun özəl qüvvəsinə daxil olan 8 əsgərimiz amerikalıların hamısını öldürərdi. Silah tətbiq etmək haqqımız olsaydı, həmin torbaları ABŞ əsgərlərinə yedirdərdik. Bizim əsgərlərimizin hamısı şəhid olardı, ancaq belə bir hadisə qətiyyən yaşanmazdı”. (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar