Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmin 1,1 milyard ölkədən rəsmi qaydada çıxarılıb” – Mərkəzi Bank və Gömrük Komitəsi açıqlama yayıb

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta çıxıb. Bu barədə Hesablama Palatasının son hesabatında bildirilir.

Hesabata görə, həmin vəsaiti 7 rezident bank xaricə "müxbir hesaba göndəriş" adı altında ixrac edib: "Bu pul vəsaitlərinin də son təyinat ünvanı - xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb".

Aprelin əvvəlində Mərkəzi Bank Azərbaycanın ötənilki tədiyə balansına dair göstəriciləri açıqlamışdı. Bankın məlumatına görə, ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb.

Qurumun açıqlamasına görə, tədiyə balansında kəsirin ən önəmli səbəbi 2.4 milyard dollar həcmindəki xalis kapital çıxışıdır. Bildirilir ki, kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1.4 milyard dollarıq hissəsi isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir.

Vaşinqtonda mənzillənən "Global Financial Integrity" təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9.5 milyard dollar kapital qanunsuz çıxarılıb.

Təşkilatın məlumatına görə, bununla bağlı Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir. Ümumilikdə isə həmin 10 ildə Azərbaycandan qanunsuz 95 milyard dollar pul çıxarıldığı vurğulanıb.

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta vəsaitlərinin ixrac olunması ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, Hesablama Palatasının hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir: "Qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir".

Qurumdan qeyd olunub ki, həmin məsələ rəsmi qaydada və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib: "Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşımışdır. Həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olmuşdur".

Mərkəzi Bankdan vurğulanıb ki, ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu avroda olan vəsaitlər təşkil edib: "Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinaslar kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilmişdi. Bu səbəbdən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb".

Azərbycan Dövlət Gömrük ( DGK) də məsələ ilə bağlı açıqlama yayıb.

Qurum bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb: “Dövlət Gömrük Komitəsi bildirir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri tam yerinə yetiriblər”.

Açıqlamaya görə, hüquqi şəxs olan rezidentlərin valyuta sərvətlərinin Azərbaycana köçürülməsi, nağd şəkildə gətirilməsi, habelə ölkədən köçürülməsi və nağd şəkildə çıxarılması "Valyuta tənzimi haqqında" Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir: “Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən təqribən 1.1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılması rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.”

Açıqlamaya görə, Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi bu növ əməliyyatlar bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədini daşıyıb:

“Yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməzlər. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur”

Açıqlamada habelə bildirilir ki, Dövlət Gömrük Komitəsinin ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur:“Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyəti qurumun funksiyalarına aiddir”

“AzPolitika.info”

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar