Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hələ bu cür əxlaqsız dövr olmayıb” — Akif İslamzadə

PİA.az təkrarolunmaz ifaçı Akif İslamzadənin “Yeni Müsavat”a müsahibəsini təqdim edir. Xatırladaq ki, iki gün öncə onun 71 yaşı tamam olub:

- Akif bəy, bu yaşda özünüzü necə hiss edirsiniz?

- Özümü şükür ki, yaxşı hiss edirəm, hər şey yaxşıdır.

- “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Bu ifanız hələ də qəlblərdə sevilir, dinlənilir. Mahnıda ifa etdiyiniz kimi, ötən günləriniz üçün gələcək günlərinizi qurban verərdinizmi?

- Bu sualı mənə çox veriblər. Ötən günlər mənim üçün nostalji ola bilər. Yaşamışıq o dövrü. Hər halda ötən günlərimiz müstəmləkə dövründə olub.

- Özünüzün hazırda dinlədiyiniz müğənnilər varmı?

- Çox əfsuslar olsun ki, indi musiqi elmini əksəriyyəti başa düşmür. Kainatın yaranması səslə olub. Biz bu gün onu səslə də itiririk. Bu gün musiqi sənətini əyləncəyə çevirirlər. Bəzən görürsən ki, səs, görünüş var, amma elmi yoxdur.

Ümumiyyətlə, yaşadığımız dövür tarixin sonuna doğru gedilən yoldur. Hələ bəşər tarixində bu cür əxlaqsız dövr olmayıb. Qədim dövrlərdə olanlar bunun yanında “toya gediləsidir”. İndi kafirlər, pisliklər dövrüdür. Deyirlər ki, guya demokratiya, müxalifət, liberal dəyərlərlə yaşayırlar. Son yüz ildə bəlkə cinayət azalıb? Bunlar hamısı kafirlərin ortaya atdıqları fikirdir, insanları azdırmaq üçündür. İnsanlar Allahın göndərdiyi qayda-qanun əvəzinə insani qanunlarla yaşayırlar. Ona görə də gördüyümüz bu cür mənzərə yaranıb. Baxın görün yaşadığımız dünya nə gündədir. Əgər insanın əlinin altında nüvə silahının düyməsi durursa, hər şeyi pulda görürsə elə beləcə də olmalıydı. Mən Donald Tramıpı nəzərdə tuturam. 30 il bundan əvvəl elə adama heç əl uzatmaz, evə buraxmazdılar. Amma indi adi qarşılayırlar. Çünki indi insanların beyni, düşüncə tərzi də dəyişib. İndi “siqaret çəkməyək” deyə kampaniya aparılır. Belə edirlər ki, baxıb görsünlər ki, kütlə öz-özülüyündə sürüyə çevrilir, ya yox. Yəni indi belə bir əxlaqsız, mənəviyyatsız dövrdə yaşayırıq. Bunu da Allah qəbul etməz, bu da yer üzünün sonuna gətirib çıxaracaq. Çox böyük təlatümlər olacaq, həm təbiət,həm də insanlar arasında. Bunu bəlkə də bizlər görməyəcəyik, amma gənclər görəcəklər. Bu barədə müəqqədəs kitabımızda da var.

Baxın dünya televiziyalarına, “Evronews” kanalına, orda daha çox nəyi təbliğ edirlər? İndi baxırsan ki, daha çox qadınlar dünyanı idarə edir, matriarxatlıqdı. Bunun axrı olmayacaq.

- Sizcə cəmiyyətdəki bu neqativləri necə aradan qaldırmaq olar?

- Ən birinci təhsil sistemi dəyişilməlidir. Gənclər daha da elmləşməli, savadlı olmalı, hadisələri kənardan izləməyi bacarmalıdır. Bəzən gənclərə sual verəndə onların nə qədər savadsız olduğunu görürük, bu çox təəssüfləndirici haldır. Məsələn, əksəriyyəti bilmir ki, Quran sözünün mənası nədir. Halbuki bunun mənası elə kitabın üzərində yazılıb – “oxu” deməkdir.

- Bir qədər öncə dünya televiziyalarından söz açdınız, bəs yerli kanallara da baxırsınızmı?

- Yerli televiziyalarımızda baxılası heç nə yoxdur axı. Hamısı rənglənib, maskalanıb çıxırlar efirə. Bəzən üzdəniraqları, pozğunları göstərirlər, hansı ki, tanrı Nuh dövründə o cür insanları yox eləmişdi. İndi isə bu adi hala çevrilib. Bunları necə qəbul etmək olar?

- İndi çoxları sual edir ki, 30 ildən çoxdur ki, oxumayan Akif İslamzadə indi haradadır, nə işlə məşğuldur?

- Akif İslamzadə indi papağının altındadır.

- Bəs bu yaşda özünüzə nə arzulayırsınız?

- Bu yaşa qədər heç bir vaxt zəmanə adamı olmamışam, Allah bundan sonra da məni zəmanə adamı eləməsin. Həmişə zəmanə adamı olmaqdan qorxmuşam...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar