Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimdən həyəcan təbili: "Vəziyyət ağırdır, xəstəxanalar dolub"

COVID-19-la mübarizə davam edir. Bu günədək ölkəmizdə 118 195 nəfər koronavirus infeksiyasına yoluxub, 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib. Son bir ay ərzində yoluxma sayının artması isə hər kəsi təlaşlandırır.

Mövzu ilə bağlı pandemiya xəstəxanalarından birində çalışan həkim-terapevt Məlahət İsayeva sualları cavablandırıb:

- Pandemiya xəstəxanasında çalışırsınız. Hazırda vəziyyət nə yerdədir? Xəstələr hansı şikayətlərlə daxil olurlar?

- Noyabrın 1-dən 28 saylı Bakı şəhər xəstəxanasının modul xəstəxanasında COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi ilə məşğulam. Xəstələrin sayı gündən-günə artır. Vəziyyət ağırdır, xəstəxanada çarpayılar dolub. Ağır vəziyyətdə olan xəstələrimiz daha çoxdur.

Xəstələr yüksək hərarət, boğulma, öskürəkdən şikayət edirlər. Gecə növbəsində çalışıram. Reanimasiya şöbəsinin olmaması işimizdə çox çətinliklər törədir. Ona görə də çalışırıq ki, xəstəxanamıza çox ağır xəstələr qəbul etməyək. Xəstələrin qəfil vəziyyəti ağırlaşanda məcbur olub reanimasiya tədbirlərini özümüz görürük. Vəziyyəti sabitləşəndə isə onları FHN-in, ya da "Yeni klinika"nın reanimasiya şöbəsinə köçürürük. Bəzən olur ki, gecə 4-5 radələrində ağır xəstələr gətirilir.

Saturasiyanın aşağı, ağır arterial təzyiqin, şəkərin yüksək olması işimizi çox çətinləşdirir. Belə xəstələr çox ağır xəstələr sayılır. Onları dərhal süni tənəffüs aparatına qoşmaq və ilkin tədbirlər görmək lazımdır. Xəstəxanalarda yer olmadığından bizə pənah gətirən insanların yalvarışlarına, göz yaşlarına dözə bilmirik. Axı, biz də insanıq.

Xəstəxanamıza gecə gətirilən ağır xəstələri geri qaytara bilmirik. Səhərə qədər reanimasiya tədbirləri edib, xəstəni stabil vəziyyətə gətirənə qədər başının üstündə dururuq, sonra onları digər klinikalara yerləşdiririk.

- Ötən müddətlə indi koronavirusa yoluxanlar arasında nə kimi fərqlər var?

- Fərq yoluxma sayının artmasındadır. Müalicə prosesi eynidir. Sadəcə bir tərəfdən havanın soyuması, o biri tərəfdən müharibə şəraitində olmağımız, insanlar sevinclərini, kədərlərini bölüşmək üçün kollektiv şəkildə bir araya toplaşması, ictimai nəqliyyatdakı sıxlıq yoluxma sayının artmasına birbaşa təsir göstərir.

- Sizcə, virusla hələ çoxmu yaşayacağıq?

- Hava isinənə qədər proses davam edəcək. Çünki payız və qış mövsümündə virus daha çox artır. Virusun məhvi və ya azalması üçün güclü günəş şüası lazımdır. Yəqin ki, yaya qədər virusa yoluxanların sayı artacaq. Ona görə insanlara tövsiyəm odur ki, özlərini soyuqdan, xəstə insanlarla təmasdan, əllə görüşməkdən və salamlaşarkən öpüşməkdən çəkinsinlər. Sosial məsafə saxlasınlar, maska taxsınlar.

Koronavirus qorxulu xəstəlik deyil, müalicə olunur. Sadəcə qaydalara riayət etmək lazımdır. Xəstələndikdə özbaşına müalicə tətbiq etmək olmaz. Bu halda mütləq sahə həkiminə məlumat verilməlidir.

- Pandemiya başlayandan bu mübarizədə ön cəbhədəsiniz. Təkarar yoluxma qeydə alınıbmı?

- İşlədiyim dövrdə hələ ki təkrar virusa yoluxan görməmişəm. Yenə də qorunmaq vacibdir, hər şey ola bilər. Virusa yoluxmasa da soyuqlaya bilər. Xəstə qrip, anagina, bronxit, pnevmoniya ola bilər.

- Sağalan şəxs başqasını yoluxdura bilərmi?

- Xəstəlik dövründə analiz nəticəsi pozitiv çıxarsa, yoluxdurma ehtimalı güclü ola bilər. Sağaldıqdan sonra onun hər hansı bir insanı yoluxdurması qeyri-mümkündür. Çünki xəstələr 15-20 gün xəstəxanada müalicə alır, testlərin cavabı neqativ olduqdan sonra evə buraxılırlar. Belə halda onlar tam sağlam sayılır. Virusun inkubasiya dövrü 14 gündür. Bu dövr bitdikdən sonra xəstəliyi başqasına keçirmək qeyri-mümkündür. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar