Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim vaksinasiya və kollektiv immunitet barədə: “Yaya yaxın maskaları ata biləcəyik”

Koronavirusa qarşı peyvənd yeni bir mutasiya meydana gələnə qədər təsirli olacaq. Virus isə təəssüf ki, tez-tez mutasiyaya uğrayır.

Bu barədə Media.Az-a Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin həkimi Vadim Koçetkov bildirib.

Onun sözlərinə görə, əksər hallarda çox ştammı olan viruslara qarşı revaksinasiya tələb olunur, koronovirusun yeni növü ilə bağlı isə dəqiq bir şey söyləmək isə çətindir, bunu zaman göstərəcək.

Müsahib vaksinasiya zamanı ilk olaraq kəskin iltihabi xəstəlikləri olmayan orta yaşlı insanların peyvənd vurdurmalı olduğunu deyib.

“Daha yaşlı insanlar peyvəndlənərsə, onlarda daha çox ağırlaşma ola bilər. İlk növbədə mümkün allergik reaksiyaları nəzərdə tuturam”, - deyə o, əlavə edib.

Həkim kollektiv immunitet üçün əhalinin 70 faizinin vaksinasiyadan keçməli olduğunu bildirib. O, bununla belə, COVID-19-un hələ tam öyrənilməmiş virus olduğunu nəzərə alaraq qətiliklə nəsə deməyin düzgün olmadığını vurğulayıb.

“Ümid edirəm ki, yay mövsümünə yaxın ərəfələrdə maskaları tam ata biləcəyik”, - deyə o, sözlərini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar