Çərşənbə, 03 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Mütəxəssis hesab edir ki, hal-hazırki xəstəlik bütün dünyada qlobal oliqarxat tərəfindən tətbiq olunan kimyəvi silahdır...

 

Abdulla Şıxlinski: “Vəzifəli məmurlar, dövlət rəhbərləri bütün dünyada televiziya kameraları qarşısında qollarını açaraq “mən vaksin vurdururam”, deyə qışqırırlar. Bəlkə onlar gözdən pərdə asmaq üçün özlərinə sadəcə fizioloji məhlul, distillə olunmuş su və ya sadəcə vitamin vurdururlar? Axı biz o şprislərdə nə olduğunu bilmirik!”.

“Əhali arasında vaksinləşmək təbliğatı aparan həkimlər yalnız müəyyən beynəlxalq, qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hippokrat andını tapdalayıb keçmiş insanlardır”.

Xəbər verdiyimiz kimi artıq bir neçə gündür ki, Azərbaycanda vaksinasiya başlayıb. Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Həmin preparat ilkin olaraq səhiyyə qurumlarının rəhbərlərinə vurulub. Hazırda isə səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlara vurulmaqdadır. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

PİA.az hal-hazırda ölkədə aparılan vaksinasiyanı həkim-psixiatr Abdulla Şıxlinski ilə müsahibə edib.

- Abdulla həkim, ayrı-ayrı ölkələr tez bir zamanda koronavirusa qarşı vaksin hazırlayıblar və hazırda bu vaksinlərin bazarlanması üçün az qala dövlətlərarası savaş gedir. Ayrı-ayrı vaksinlərin hazırlanması, həm də qısa müddətdə hazırlanması nə qədər mümkündür?

- Mən sizə deyim, ümumiyyətlə koronavirusa qarşı vaksinin hazırlanması prinsipcə mümkün deyil.

- Nəyə görə?

- Mən sizi Təbabət elmi tərəfindən yeni vaksinin hazırlanma prinsipləri ilə tanış edirəm. Yeni insan vaksininin hazırlanması uzunmüddətli və bahalı prosesdir. Vaksin bioloji mənşəli tibbi preparatdır. İnsan vaksininin hazırlanması üçün 25-30 il, veterenariya vaksinlərinin hazırlanması üçün 10-15 il vaxt lazımdır. İnsan vaksininin hazırlanma müddəti (25il-30 il) aşağıdakı mərhələləri əhatə edir:

1. Baza tədqiqatları - Bu mərhələ özü də iki yerə bölünür:

a) törədicinin əsaslı laborator müayinəsi.

b) preparatın birincili konstruksiyasının seçimi.

2. Klinikaya qədərki tədqiqatlar - Bu mərhələ 5 yerə bölünür

a) hüceyrə qruplarında sınaqlar (in vitro)

b) laboratoriya heyvanlarında sınaqlar (in vivo)

c) preparatın təhlükəsizliyinin və effektivliyinin qiymətləndirilməsi

q) ciddi yan təsirlərin öyrənilməsi

d) maksimal qəbul dozasının təyini.

3.Kliniki sınaqlar:

a) faza - immun cavabın öyrənilməsi.

b) faza - preparatın vurulma tezliyi və başqa zərərli yanaşı təsirlərin öyrənilməsi.

c) dövlət nəzarəti və vaksinin vurulacaq ölkədə qeydiyyata alınması.

q) vaksin istehsalının müntəzəm dövlət yöxlamaları mərhələsi, vaksinin vurulması prosesinə cari dövlət nəzarəti.

Abdulla Şıxlinski: “Hal-hazırki xəstəlik isə bütün dünyada qlobal oliqarxat tərəfindən tətbiq olunan kimyəvi silahdır. Bu kimyəvi silahın tətbiqindən yaranan, hal-hazırda insanlarda təsadüf olunan, dadbilmə, iybilmə hissinin itməsi, ağır pnevmoniya ilə keçən, bəzən ölümlə nəticələnən ağır xəstəliyin koronavirus adlı günahsız törədici ilə heç bir əlaqəsi yoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada pandemiya elan ediləndə pandemiyanın planetdə heç bir elmi kriteriləri yox idi.

Pandemiya transnasional kampaniyaların sifarişi ilə , ÜST-ə 3 mlrd dollar pul verildikdən sonra, ÜST-ün Assambleyası ilə məsləhət edilmədən elan olundu. Halbuki Assambleyanın icazəsi olmadan ÜST bütün dünyada pandemiya elan edə bilməz. Bu təşkilatın nizamnamə tələbidir. Yəni ÜST-ün rəhbərinin iradəsi ilə bütün dünyada pandemiya elan edilə bilməz. Elan edilmiş yalançı pandemiyanın başlanmasından heç bir il də keçməyib. İnsan vaksini hazırlığına isə ən azı 25 il vaxt sərv edilir. Yuxarıda qeyd edilən hazırlıq proseslərinə real halda 30 il vaxt gedir. Çünki vaksin hazırlığında müasir dövrdə 3 növ texnologiyadan istifadə edilir:

1.Biotexnologiyalar.

2.Nanotexnologiyalar.

3.Kompyuter texnologiyaları.

Bu texnologiyaların birlikdə tətbiqi nəticəsində vaksin hazırlanmasına ən azı 25 il vaxt saərf edilir.

- Bəs hal-hazırda guya bir il ərzində hazırlanmış, vurulması insanlar üçün vacib hesab edilən “vaksin” adını daşıyan maddə həqiqətdə nədir? Və ÜST rəhbərliyi bütün bu məsuliyyəti üzərinə niyə götürür?

- Vəzifəli məmurlar, dövlət rəhbərləri bütün dünyada televiziya kameraları qarşısında qollarını açaraq “mən vaksin vurdururam”, deyə qışqırırlar. Onların vurdurduğu doğrudanmı bir ilə hazırlanmış “vaksin” adını daşıyan o şübhəli maddədir? Bəlkə onlar gözdən pərdə asmaq üçün özlərinə sadəcə fizioloji məhlul, distillə olunmuş su və ya sadəcə vitamin vurdururlar? Axı biz o şprislərdə nə olduğunu bilmirik!

Artıq bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, hər gün dünyanın bütün qitələrində “vaksin” adı ilə insanlara yeridilən şübhəli maddədən yüzlərlə insanlar tələf olur. Sağ qalanlarda isə mütləq hər hansı qəfləti ağır xəstəlik inkişaf edi, iflic, ruhi-əsəb pozğunluqları, anafilaktik şok, qəfləti ürək dayanması, qəflətən səbəbsiz olaraq bədən hərarətinin qalxması, və enməməsi, beyin və ağciyər ödemi, hamilə qadınlarda uşaqsalma. Bu siyahını aramsız olaraq uzatmaq olar!

Abdulla Şıxlinski: “Dünya alimləri koronavirusu obyektiv göstərən müayinənin mövcud olmadığını təsdiq ediblər”.

Koronavirus əleyhinə vaksinin mövcud olmamasının bir səbəbi də odur ki, koronavirus xəstəlik törətmək qabiliyyətinə malik deyil. Akademik Filatov yazır: “Koronavirus o qədər zəifdir ki, hətta laboratoriya şəraitində o ,davamlı yaşaya bilmir, zəif, virulentliyi 0-a bərabər olan virusa qarşı vaksin hazırlamaq mümkün deyildir, koronavirus ən pis halda 3-günlük zökəm törədə bilir, ondan artığa qadir deyildir”.

Akademik Filatov məhz vaksin hazırlanması ilə məşğul olan məşhur sovet və rus alimidir. Zəif törədicilərə qarşı vaksin hazırlamaq mümkün deyildir. 2020-ci ilin martında Akademik Onişenko koronavirusu “добрячок”, yəni “xeyirxah virus” adlandırmışdı.

- Bəs bu insanları öldürən xəstəlik nədir?

- Koronavirusu təsdiq edən müayinə metodu mövcüd deyil. Test müayinəsi koronavirusu təstiq etmir, bu-testləri satmaq üçün ÜST-ün bir oyunudur. Artıq dünya alimləri koronavirusu obyektiv göstərən müayinənin mövcud olmadığını təsdiq ediblər. Gözə görünməyən, laboratoriyada təyin oluna bilməyən virusa qarşı necə vaksin hazırlamaq olar? Bu, mümkün deyil!

Hal-hazırki xəstəlik isə bütün dünyada qlobal oliqarxat tərəfindən tətbiq olunan kimyəvi silahdır. Bu kimyəvi silahın tətbiqindən yaranan, hal-hazırda insanlarda təsadüf olunan, dadbilmə, iybilmə hissinin itməsi, ağır pnevmoniya ilə keçən, bəzən ölümlə nəticələnən ağır xəstəliyin koronavirus adlı günahsız törədici ilə heç bir əlaqəsi yoxdur. İndi insanlarda təsadüf edilən xəstəliyin təsviri hələ SSSR Müdafiə nazirliyinin baş tibb idarəsinin xüsusi metodik vəsaitlərində təsvir edilmişdi. Kimyəvi silahın orqanizmdə törətdiyi dəhşətli fəsadlar uzun illər keçməsinə baxmayaraq dəyişiksiz qalır. Həmin məlumatlarda sanki indiki faciəvi günlər təsvir edilmişdi. İndi qlobalistlər və böyük dövlətlər özlərinə lazım olduğu zaman bu xəstəliyi kimyəvi silah kimi tətbiq edib. Buna görə də vaksin vurulsa belə hesab edirəm ki, bu tipli xəstəliklər çoxalacaq. Qlobal oliqarxata lazım olmayanda isə kimyəvi silahın tətbiqini dayandırıb xəstəliyi azaldacalar.

Abdulla Şıxlinski: “Dünyanın bütün ölkələrində vurulan müxtəlif vaksinlər bir nöqtədən gəlir, bir məntəqədə hazırlanır... Elə buna görədir ki, vurulan maddələrin bütün əlavə təsirləri bütün “vaksinlərdə” eynidir”.

“Vaksin” adını daşıyan maddələrin vurulması isə planetdəki insanların sayını 1mlrd-a qədər azaltmaq üçündür. Dünyəvi dövlətin üzvləri bunu açıq etiraf edirlər, onların planetdəki əhalinin sayını azaltmaq üzrə planları ilə tamamilə açıq, heç bir sirr olmadan müxtəlif resurslarda və məqalələrdə tanış olmaq olar.

Rusiya əhalisinin 75%-i, Avropa əhalisinin 89%-i vaksinasiyanın əleyhinə olduqlarını artıq bildiriblər. Dünyanın bütün ölkələrində vurulan müxtəlif vaksinlər bir nöqtədən gəlir, bir məntəqədə hazırlanır. Amerika Birləşmiş Ştatlarının farmasevtik şirkətləri istisnasız olaraq qlobal oliqarxatın nəzarəti altında fəaliyyət göstərir. Dünyanın başqa heç bir ölkəsində “vaksin” adlı maddə hazırlanmır. Elə buna görədir ki, vurulan maddələrin bütün əlavə təsirləri bütün “vaksinlərdə” eynidir.

- Vaksinasiya mütləq mənada könüllü xarakter daşımalıdır?

- Arzu edən bütün insanlar “vaksinlərdən” bəhrələnmək imkanları olmalıdır. Lakin artıq dünya təcrübəsi göstərir ki, “könüllü” adı ilə başlayan vaksinasiyalar, əslində məcburi olub: vaksinləşməyən insanlar işdən qovulur, bank hesabları bağlanır və.s. Nəticədə insana şərt qoyulur: “Ya “vaksinləş”, yaşa, ya da yenə “vaksinləş”, amma yaşama”. Dövlətlərin bu gün apardıqları siyasət də məcburi “vaksinləşmə” yönündədir.

Nəzərə çatdırmaq lazımdır ki, əhali arasında vaksinləşmək təbliğatı aparan həkimlər yalnız müəyyən beynəlxalq, qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hippokrat andını tapdalayıb keçmiş insanlardır. Yenə də qeyd etmək istərdim: normal insan vaksininin hazırlanması üçün 25-30 il vaxt lazımdır. Bu vaksinlərin təhlükəsizliyinin əsas şərtidir.

Nərminə UMUDLU
pia.az


Etiket: Vaksinasiya
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

YAP-ın yeni icra katibi kim olacaq? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

“Rus bazası çıxarılır, Ankara və Bakı ilə...” - Politoloq

Dörd min dollar maaş alan azərbaycanlı müəllim - Video

Qasparyanın “kitabı bağlandı” - Nikolun planı gerçəkləşir...

"Siyavuş Novruzovun yerinə kimsə seçiləcək" - Tolik

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

Ən çox oxunanalar