Bazar, 28 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Həkim immunoloq: Çin vaksinlərinin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır

Yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi başlayıb. İlkin mərhələdə tibb işçiləri, təhlükəsizlik orqanları əməkdaşları və 65 yaşından yuxarı şəxslər peyvənd olunacaq.

Koronavirus əleyhinə vaksinasiya kampaniyasının aktual məsələlərini müzakirə etmək üçün Media.Az əməkdaşları həkim immunoloq-allerqoloq, ilkin immun çatışmazlıqları üzrə Rusiya milli ekspertlər assosiasiyasının üzvü Marqarita Kantaroviçlə söhbət ediblər.

Həkim ölkəmizdə tətbiq olunan CoronaVac (Sinovac) peyvəndi barəsindəki şübhələri bölüşmədiyini qeyd edib:

“Mən Çin əczaçılıq sənayesinə olan inamsızlığı anlamıram. Bir baxın, görün çinlilər necə yüksək inkişaf etmiş texnoloji cəmiyyət qura biliblər. Görük ilkin epidemiya ocaqları necə tez bir zamanda lokallarşdırıldı və bunun sayəsində ölkədə virusun kütləvi yayılmasının qarşısı alındı. Çin peyvəndləri ilə bağlı bütün sənədlər qaydasındadır və onlar beynəlxalq tibb ictimaiyyəti tərəfindən tanınıb”.

İmmunoloq bir çoxlarını narahat edən peyvənd olunmuş şəxslərin yoluxması ehtimalından da danışıb:

“Heç bir vaksin virusdan 100% müdafiə etmir. Lakin yoluxma ehtimalını 100-lərcə dəfə aşağı salır. Nə vaxt eşitmişiniz ki, uşaqlardan kimsə difteriya və ya poliomelitdən dünyasını dəyişib, yaxud da iflic olub. Halbuki bu xəstəliklərə qarşı kütləvi peyvəndlənmədən öncə hər il 50 mindən çox uşaq ölürdü. İndi isə adıçəkilən xəstəliklərin qarşısı demək olar ki tamamilə alınıb. Biz koronavirus peyvəndindən də eyni nəticəni gözləyirik. Vaksin xəstəliyə yoluxma ehtimalını azaltmaqla yanaşı, həm də onun ağır formada keçirilməsini də önləyir”.

M.Kantaroviç onu da əlavə edib ki, SARS-CoV-2 peyvəndi qısa bir zaman ərzində hazırlanıb. Çünki, koronavirus bütün bəşəriyyəti qorxuya salıb. Bu peyvəndlərin hazırlanmasında dünyanın ən yaxşı beyinləri iştirak edib. Odur ki, vaksinlərin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar

Ələ keçirilən rus sistemi Ankaraya gətirildi – Türkiyə ilə şok anlaşma

Ata Abdullayev ombudsman Səbinə Əliyevaya: "Başıma iş gəlsə, məni qoruyacaqsınız?"

Birinci Qarabağ döyüşündə qətlə yetirilən azərbaycanlıların meyitləri tapıldı - Video

Rəsul Quliyevyenə də Azərbaycana qayıtmaq istəyir...

Baş Qərargah rəisi Köçəryana: “İndi gəlib sənin bığlarını kəsərəm!”

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu

Məşhur generalın Qarabağda şəhid olan nəticəsi kimdir? - Təfərrüat

Ermənistan prezidenti Baş Qərargah rəisini dəstəklədi - Paşinyanın tələbi geri qaytarıldı

Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?

Ən çox oxunanalar