Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - Təklif

Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkündürmü?

Son vaxtlar dünyanın bir çox ölkələrində iş saatlarının azaldılması mövzusu müzakirə edilir. Hətta ölkələrin bir neçəsində bu rejim artıq tətbiq olunur. Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə üç gün istirahət verməyə başlayıb. Tətbiq olunan bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarıb.

Bu yaxınlarda Rusiyada belə dördgünlük iş həftəsinə keçmək məsələsi müzakirə olunub. Rusiyanın ombudsmanı Tatyana Moskalkova da irəli sürülən təklifi dəstəkləyib.

Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkündürmü?

Məsələ barədə Oxu.Az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda ölkəmiz üçün nə iqtisadi, nə də sosial baxımdan dördgünlük iş rejiminə keçmək aktual deyil:

“Aparılan monitorinqlər göstərir ki, əksər hallarda bir çox şirkətlərdə işçilər şənbə günü belə işləyirlər. Bu baxımdan, Azərbaycan üçün aktual məsələ beşgünlük iş rejiminə ciddi şəkildə əməl edilməsidir.

Bu sistemə nəzarət əsas şərtdir. Çünki həm özəl, həm də dövlət qurumlarında şənbə günü işləyənlərin sayı kifayət qədər çoxdur. Azərbaycanda ilk növbədə beşgünlük əmək rejiminin formalaşması və nəzarət edilməsi çox vacibdir.

İşçilərin iki günlük istirahət hüququ tanınmalıdır. Bununla bağlı monitorinqlər aparılmalıdır. İşçilər şənbə və bazar günü işlədiyi zaman əlavə ödəniş almalıdır. Amma çox vaxt bu ödənişlər yazılmır.

Hesab edirəm ki, dörd günlük iş rejimi Azərbaycan üçün hələlik tezdir. Hətta bununla bağlı qərar qəbul olunsa belə, onun icra olunması real deyil. Azərbaycan üçün digər ölkələrin, xüsusən bizim üçün yaxın olan Avropa dövlətlərində olan iş rejimi önəmlidir. Çünki Avropada beşgünlük iş rejimi olduğu halda, Azərbaycanda dördgünlük iş rejiminin tətbiqi bizim şirkətlərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusən Avropa şirkətləri ilə əməkdaşlıq edən qurumlar bundan əziyyət çəkə bilər”.

Vüqar Bayramov qeyd edib ki, probleminin həll olunması üçün ölkəmizdə həmkarlar ittifaqı yaradılmalıdır:

“Ümumiyyətlə, Azərbaycanda həmkarlar ittifaqı çox zəifdir. Bu zəiflik prosesə və qanunun tətbiqinə təsir edə bilmir. Hesab edirəm ki, müstəqil həmkarlar ittifaqlarının yaradılmasına mütləq şəkildə ehtiyac var. Güclü ittifaqlar olduğu zaman sahibkarlar işçinin istirahət hüququnu tanımaq məcburiyyətində qalacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar