Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hədəfdəkilər: Mədəniyyətlər yenidən toqquşur...

Amerikanın çox güclü bir terapiyaya ehtiyacı var...

Ardan Zentürk,
“Star” qəzeti, Türkiyə, 23 may 2019-cu il

Orta Şərq tarixini ən yaxşı bilən şəxs hesab olunan Bernard Levisin 1960-cı illərdə əkdiyi nifaq toxumu hər dəfə yeni bir şəkildə zəhər saçır.

Neo-con/sionist aktivistlərin çox sevdiyi Levis Orta Şərqlə bağlı Anqlo-Amerika strategiyasını formalaşdırarkən nə deyirdi?

“Orta Şərq üçün ən effektiv həll üsulu bir ərəbin iki qaşının ortasından çubuqla vurmaqdır. Çünki bu insanlar problemi ancaq bu şəkildə qavraya bilərlər...”

Levis Orta Şərq üçün irqçi bir şəkildə “parçala və hökm et” strategiyasını irəli sürərkən, Orta Şərq xalqlarının yalnız şiddət vasitəsilə problemi başa düşəcəklərini müdafiə edirdi...

İraqın işğalı ilə başlayan və bu gün Suriya, Livan, Liviya, Yəmən başda olmaqla, bütün regionda özünü büruzə verən imperialist müharibələrin başlanğıc nöqtəsindən bəhs edirik.

Semuel P. Hantinqtonun 1966-da yayımlanan “Mədəniyyətlər toqquşması və dünya sisteminin yenidən formalaşdırılması” kitabı Bernard Levisin yolu ilə gedən bəsit bir araşdırmadır. Niyə işə Rusiya, Türkiyə, İran, Ərəb, Çin, Hind mədəniyyətlərini araşdırır, amma Afrika və digər bölgələrdə heç mədəniyyət yox imiş kimi davranır.

Əslində, məqsədi bəllidir. İdeoloji qütbləşmədən sonra imperializmin yox edəcəyi mədəniyyətlərin qeydiyyatını aparmaq istəyib..

Artıq söz ağızdan çıxıb...

ABŞ Xarici İşlər Nazirliyi Siyasət Planlama Bölümü rəhbəri Kiron Skinnerin Amerika-Çin gərginliyini öz nitqində “mədəniyyətlər toqquşması” kimi təqdim etməsi artıq vəziyyətin geri dönüşü olmadığını göstərir. Skinner, həmçinin, Çini “bəyaz olmayan bir mədəniyyət” adlandırıb.

Bu xüsusi irqçilik əməliyyatı, əslində, müasir Amerikanın hansı düşüncə tərəfindən idarə edildiyini göstərir.

Böyüyən iqtisadiyyatı ilə 21-ci əsrin ortalarında böyük iqtisadi güc olmağa namizəd olan Çinin qarşısını kəsməyə çalışarkən, bu mədəniyyət məsələsinin birdən-birə niyə ortaya çıxdığını soruşa bilərsiniz. Cavabı isə belədir: liberalizm ilə irqçiliyin birləşdiyi çox xüsusi bir dönəmdən keçirik.

Türkiyə-İran xətti önəmlidir

1917-ci ildəki Saloniki yanğını və 1922-cu il İzmir yanğınından bu günə qədər siyasi olaraq heç bir məsələdə uzlaşmamış Yunan Ortodoks - Yəhudi cəmiyyətlərinin hazırkı dövlətləri olan Yunanıstan və İsrailin Türkiyəyə qarşı ittifaq yaratması çox qəribədir. 1917-ci il yanğınında Salonikin yəhudi məhəllələrinin yunanlar tərəfindən yandırılmasının cavabı 1922-ci ildə İzmirdə yəhudilər tərəfindənmi verilib? Tarix burda susur.

Yunanıstan və İsrail 20-ci əsr boyunca bir-birlərindən uzaq durublar (Yunanıstan Kuba ilə birlikdə BMT-nin Fələstinin Parçalanması Planına “yox” deyən 2 nüfuzlu xristian ölkəsindən biri idi).

Ən vacibi isə odur ki, Şərqi Aralıq dənizində yatan trilyon dollarlıq təbii qaz üçün qurulmuş bu anormal ittifaqın arxasında dərhal ABŞ-Fransa-İngiltərə-İtaliya dəstəyi yer alıb. Səbəbini Kiron Skinnerdən soruşun. Sizə o dəqiqə “mədəniyyətlər toqquşması”nı, xristian-yəhudi ittifaqının müsəlman Türkiyə əleyhinə olmasını bəhanə edəcək.

Çünki dünya qaynaqlarını istismar etməyin digər adı “mədəniyyətlər toqquşmasıdır”, hərəkət planı isə müsəlmanları öldürməkdir!..

Trampın hər dəfə İranı ortadan qaldırmaqla təhdid etməsinin bədbəxt fəlsəfəsi bundan ibarətdir.

Əfqanıstan Böyük Britaniya imperiyasını və Sovet İttifaqının sonunu gətirən bir regiondur. 17 əvvəl daxil olublar və hələ də çıxa bilmirlər.

İran Amerika ilə 30 ildir müharibə edir. Bir çirkabdan çıxmamış, digərinin içinə düşürlər və bunun fərqində deyillər.

Türkiyə kimi bir dövləti parçalaya biləcəklərini düşünürlər.

Bu, bir sarsıntıdır? Bəli.

Amerikanın çox güclü bir terapiyaya ehtiyacı var...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar