Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hədə və gədə qarşısındakı Azərbaycan!”

Deputat Elşən Musayevin yazısı...

Yazıya xüsusi giriş vermədən birbaşa mətləbə keçəcəm: Bəli. Azərbaycan açıq kartla oynayır. Ortada separat heç nə yoxdur. Milli maraqlar ölkə rəhbərinin də, onun yürütdüyü siyasətin də əsas prioritetidir.

Elə bu səbəbdən “Şərq Tərəfdaşlığı” toplantısında yekun sənədin “demo” variantına Azərbaycan tərəfdən qoyulan veto gözlənilən və ehtimal edilən idi. Hərçənd Ukrayna və Gürcüstanın da ilkin versiya ilə bağlı şərhi, düşüncəsi kafidir. Və ya, ciddi fikir ayrılıqlarından doğan antoqonist durum bir tək Azərbaycan üzərindən cərəyan etmir. Qonşularımız da narazıdır. Onlar da daha üst şərtlərə iddialıdır.

Biz isə özümüzə fokslanaq: 10 illiyə həsr olunan yekun bəyənnamə tərəfimizdən imzalanmadı. Sırf ona görə ki, ərazi bütövlüyümüzlə bağlı açıq dəstək ifadə olunmayıb. Yəni, bu qədər konkret!

İndi sual edirəm: Hardadır radikal müxalifətin “pıspısa” cücüləri, gecə mətbəx işığı yanan kimi dərmə-deşiyə qərq olan həşəratların bənzərləri, qaraguruh cırcıramalar? O bağırırdılar ha, hakimiyyət bizdən sənəd gizlədir və...guya ona görə gizlədir ki, ərazi toxunulmazlığı ilə bağlı mövzunun üstündən ehmalca keçsin, öz siyasi ömrünü uzatsın – filan. Nə xəbər var həmin anti-milli ünsürlərdən?

Veto ilə bağlı xəbəri ilk yayımlayanlardan biri “Azadlıq radiosu” olub. Şəxsən mənə çox maraqlıdır: həmin xəbəri səsləndirən jurnalist görəsən radionun mövzu ətrafında əvvəlki sərsəmləmələrindən dolayı utandımı? Utandısa, yerə girmək üçün məqbul şərait “buldumu”? Saqqalı Nəsimi, ruhu Təhminə obrazına yaxın Qənimət Zahid necə, görəsən 3 gün öncə “Azərbaycan saatı”nda məlikməmməd nağılını yeni versiyada yayımlamasından dolayı xəcalət çəkdimi, hansı qələt yiyəsi olduğunu əxz elədimi? Yaxşı bəs son video-müsahibələrinin birində sutka boyunca 14 saat işlədiyini söyləyən, fəqət hara və kimə işlədiyini deməyən Əli Kərimli necə, nə vaxtdır Azərbaycan hakimiyyətini sırf məlum məsələdə haqsız yerə QINADIĞINA görə öz QININI tapıb ora yuvarlandımı, abrını da xaricdəki qəyyumlarının qarşısında durduğu pozisiona gətirdimi? Yəni, bükdümü?

***

Budur mənim Prezidentim! Budur onun dövlətçilik fəlsəfəsi. Budur, ortaya qoyulan KİŞİ mövqeyi! O mövqe ki, zamanında Sorosun pulu, Çin Şarpın ideyaları ilə ölkəmin hüdudlarına daxil olmaq istəyən “narincıların” ipini kəsib, estafetini yarımçıq qoyub. O mövqe ki, bir vaxtlar milli maraqlar zəminində baş verən bəlli hadisələrə görə xanım Klintonun zəngini cavabsız buraxıb. O mövqe ki, dövlətçilik fonunda Rusiya kimi nəhəngə qarşı belə zaman-zaman açıq formada sərgilənib. O mövqe ki, adını hətta “Wikileaks”in yayımladığı şifrəli+diplomatik yazışmaya da – hansı ki, “məlum səfir” tərəfindən öz ölkəsinə göndərilmişdi – bu formada pərçimlədib: “İlham Əliyev milli maraq və dövlətçilik mövzusunda kimsəyə, hətta ən ali qüdrət sahiblərinə belə güzəşt gedəcək biri deyil. Onunla başqa formada dil tapın”

***

Gürcülərin ərazi iddiası, Paşinyanın yallısı, 29 may finalına yönəlik absurdlar, Azərbaycanla bağlı təhriflər, anti-milli ünsürlərin ortalıqda, qarşıda, perspektivdə siyasi hadisə yoxkən bu qədər aktivləşməsi sizcə təsadüfdürmü? Yox, təbii. Hər şey planlıdır, sistemlidir, koordinasiya olunur. Gürcü məsələsi ortaya çıxan kimi adını “Milli Sura” qoyan qurumun milliliyi getdi yarım aylıq məzuniyyətə. Yerdə qaldı yavan “şura”. Hətta Saakaşvili də özününkülərə qarşı çıxıb dəstəyini bizim lehimizə ifadə etdi, Kərimli isə həmin vaxt “facebook”da hansısa toydan öz rəqs fraqmentini paylaşırdı. Ardınca Paşinyanın yallısı keçmiş səfir, indiki “taksist” Arif Məmmədovu necə “vəcdə” gətirdisə dərhal status yazıb Azərbaycan əsgərini aşağıladı. Yəni, Paşinyandan betərini elədi. Daha sonra “29 may” olayı gündəmə sırındı. Hansı ki, tarixi zatən 2 il öncədən məlum idi, təzə xəbər-filan deyildi. Amma bütün dünyaya nəzərən viza alışı, gediş-gəlişi çətinlik yaradan 3 ölkə varsa onlardan biri olan Britaniya anidən qayıtdı ki, bəs biz Azərbaycana yollanmaq üçün sənəd-sünəd məsələsini necə həll edəcəyik? Hələ bununla da kifayətlənməyib təhlükəsizlik mövzusuna qədər irəlilədilər. Sanki 1 ay öncə “Formula” yarışına ev sahibliyi edən Azərbaycan xəritədə yerini dəyişibmiş və ya ingilislərin Afrika cəngəlliyində keçirilən yarışlara ezam elədiyi futbol komandaları daha təhlükəsiz, daha sabit durumla əhatələnibmiş. Əlqərəz, eynən 2013-dəki kombinasiyadır. Burdan danos gedir, ardınca həmin sərsəmləmələr “Sərhədsiz Reportyorlar”, “Human Rights Watch”, Amnistia İnternacional” kimi buqələmun təşkilatların ofislərində şişir, sonra da hansısa ölkənin XİN-ində partlayır. Axırda da səfir qalır əl-ayaqda ki, amanın günüdür, bunlar filan şeyi nəzərdə tutublar, siz filan şey başa düşmüsüz. Və deyim elə məhz Britaniya mövzusuna münasibətdə “Milli Şura” yetkililələrinin duyğusallığı, orbitdən çıxmaqlığı, həmin aralıqda azərbaycanlı deyil, neytral vətəndaş olmaqlığı da ayrı bir mövzunun materialıdır. Hər halda heç kimə sirr deyil ki, Həsənli ilə Kərimlinin Londondakı dost-tanışı, yeni qohum-əqrəbası Bakıdakından ən az 20 dəfə daha çoxdur. Hələ biznes, iş ortaqlıqlarını demirəm...

***

Brüssel Ankaranı xatırladan şəhərdir. Zadəgan bir ruha köklənib. Təbiətində açıq rəngli rəsmiyyət var. Və belə şəhərlərin ideoloji görkəmi əksər hallarda adəti- hüquqlarla, (illərdir formalaşan, adət halını alan obrazla) üstəlik innersiya qaydasında formalaşır. Yəni, burada olmazların, tabuların böyük qismi kağız üzərində deyil, beyinlərdədir. Bəlkə elə o səbəbdəndir ki, bir-iki dənə (nəfər yox, məhz dənə!) başıpozuqla Avropa İttifaqının binası qarşısında aksiya keçirən Orduxanın tragikomik halı kənarda duran polisin məlum-panik baxışına səbəb olmuşdu. O yaramaz gədənin öz paylaşdığı videoya baxsanız, nə demək istədiyimi dərhal anlayacaqsız. Polis əvvəlcə seyrci qalır, sonra nəsə deyir, dayanır, sonra çox güman mahiyyəti anlamağa çalışır, daha sonra Orduxanı vahiməylə süzür, yanındakına nəsə pıçıldayır, ardınca yenə Orduxana heyrət dolu baxışlarla sual verir. Bəli, durum elə gerçəkdən vahimdir və o polis çox güman həyatı boyunca bu sifətdə, bu hənirtidə, bu hırıltıda aksiyaçı görməyib. Yazıq neyləsin? Adama tapşırıblar, asayişi qoru. Qanun da xüsusi bənd yazıb şərh verəsi deyil ki, “homo-sapiens” tipini qoru. Aydın məsələdir ki, söhbət insandan gedir. Və yəqin elə ona görə şokdadır+çaşıb qalıb ki, insan cildində olub da heyvani instinktlər sərgiləyən birinə qarşı nə tədbir görsün. Lütfən baxın həmin videoya: O nə səsdi? O nə gülməkdi? Yol boyunca o nə zürafə tullanışıdı? O nə şizo-hərəki realizələrdir? Yanındakılar üzünü niyə qaynatadan utanan təzə gəlin kimi gizlədib? Niyə kimsə danışmır, hamı ancaq çəkir?

Hanı plakat, hanı aksiyanın yekun mətni, hanı məqsəd, hanı məram?

Dərd bilirsizmi nədir? Bu gecəqondu kəklikləri hara getsələr özlərini azərbaycanlı kimi təqdim edirlər, bizi təmsil elədiklərini deyirlər, bizdən olduqlarını söyləyirlər...

Dərd odur ki, İlham Əliyevin atılan dırnağı belə ola bilməyənlər onun barəsində hədyanlar, iftiralar səsləndirmə lüksunu, sərbəstliyini hələ də özlərində saxlayırlar...

Dərd orasındadır ki, bilmirik, özümüzü Beynəlxalq HƏDƏlərdən qoruyaq, yoxsa yaramaz GƏDƏlərdən...

Anti-milli ünsürlərin aqressiv halı, panikası əslində hansısa rakursdan başadüşüləndir. Çün, dəqiq bilirlər, Avropa İttifaqı ilə saziş imzalanan kimi dərhal ölkəyə gətiriləcəklərini. Ən azından biz də indiki kimi oturub hansısa Konvensiyanın müddəasını, ekstradisiya sazişinin öhdəlikliyini güdməyəcəyik, incələməyəcəyik. Birbaşa hüquqi və siyasi zəmin yaranacaq, o hörüklü Orduxan gədəsinin, narkoman Vidadinin və onlarkimilərin Hüseyn formasında, daha dəqiqi – “Quska” formasında geri dönüşü üçün! Amma və amma! Brüssel polisinin Orduxana reaksiyasından sonra canıma birə, beynimə isə yekə bir sual girib: Tutaq, Azərbaycana gətirildilər, bu kentavrları kim mühakimə edəcək?

Heyvan dilindən anlayan müğənni tanıyıram. İstintaqçı da varmı görəsən?

pia.az


Etiket: Elşən Musayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Hədə və gədə qarşısındakı Azərbaycan!”

Ən çox oxunanalar