Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heç vaxt evlənməyən, tənha qalan azərbaycanlı məşhurlar - Siyahı

Dünyada bir sıra məşhur şəxsiyyətlər ailə qurmadan vəfat ediblər...

Azərbaycanlı məşhurlar içərisində də bu aqibəti yaşayanlar az deyil.
PİA.az ömründə bir dəfə də olsun evlənməyən, ömürlərini tənha başa vuran məşhurların siyahısını sizə təqdim edir:

Ustad xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Tələbələrinin dediyinə görə, gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ Xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Məhəmməd Hadi, şair 41 yaşında dünyasını dəyişib.

Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası Hüseyn Cavidin xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Akademik Azad Mirzəcanzadə. 80 yaşında həyatdan köçüb.

Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Həmkarı, məşhur rəssam Maral Rəhmanzadə ilə nakam sevgi yaşayıb.

Arif Babayev, rejissor. 54 yaşında dünyasını dəyişib. Əslən yəhudi olan ərli qadınla uzun illər sevgi yaşayıb. O qadına görə ömürlük subay qalmağa üstünlük verib. (azmedia.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar