Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanaya mürəbbənin içində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməyə cəhd edilib

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq) maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd plastik qabda olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə “Metadon” aşkarlanıb.

Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram narkotik vasitə “Tiryək” aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar