Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı

Rusiyanın Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələri əks etdirən daha bir videogörüntü yayımlanıb, faktla bağlı cinayət işi qaldırılmayıb

Bu barədə “Novaya qazeta” məlumat yayıb. Videokadrlardan da görünür ki, dustaqxana əməkdaşları məhbuslara qarşı “tərbiyəvi tədbirlər” həyata keçirirlər. Daha sonra isə cəzaçəkmə müəssisəsinin rəhbəri İqor Zabodalova məruzə edilir. Videogörüntülər 2016-cı ilin fevralında qeydə alınıb.

Adıçəkilən istintaq təcridxanasında vaxtilə cəza çəkmiş keçmiş məhkum Ruslan Vaxapovun sözlərinə görə, həbsxana işçiləri ilə 12 saylı kameranın məhbusları arasında münaqişə yaranıb. Buna səbəb dustaq Andrey İvanovun rəhbərliyə şikayət etməsi olub: “Dustaq yoldaşları hamısı Andreyin müdafiəsinə qalxdı. Həbsxana əməkdaşları dəyənəkləri işə saldılar”.

Digər kadrlarda həbsxana rəhbəri İqor Zabodalovun telefonda güc tətbiq edilməsinin vacibliyi ilə bağlı Cəzaların İcrası Federal Xidməti İdarəsinə məlumat verməsi əks olunur. İ.Zabodalov daha sonra həmkarlarına zəng vuraraq rəhbərliyə məlumat verdiyini deyir. Həmçinin güc tətbiqi ilə bağlı hıəmkarlarının məhbusları "üç" və "beş"ə uyğun cəzalandırıldığını xatırladır.

“Novaya qazeta” videkadrlardan cəzaçəkmə müəssisəsinin bəzi əməkdaşlarını tanıyıb. Bunlar - təhlükəsizlik şöbəsinin rəis müavini Kiril Skoroxod, təhlükəsizlik şöəbəsinin əməkdaşları Aleksandr Mixayloviç, Aleksandr Çirikov, Sanıç və təhlükəsizlik şöbəsinin rəis müavini Anton Vladimirdir.

Hazırda azadlıqda olan Yevgeni Makarov 2017-ci ildə həbsxana əməkdaşları tərəfindən döyülərək dəhşətli işgəncələrə məruz qalıb. Guya, Makarov qayda-qanunlara itaət etmədiyi üçün cəzalandırılıb. Videogörüntülər mətbuatda yayılandan sonra türmənin 15 əməkdaşı ilə bağlı cinayət işi qaldırıldı. Hazırda onlardan 12-si həbsdə, 3-ü isə ev dustaqlığındadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar