Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? 

Bəzi KİV-də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov haqqında “Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı məqalə yazılıb...

PİA.az xəbər verir ki, F.Umudov özü və ailəsi barədə yazılanlara facebook səhifəsində münasibət bildirib:

"Vəzifəsindən asılı olmayaraq dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Mən hər zaman dövlətimə, onun qanunlarına, Heydər Əliyev ideyalarına, Ali Baş Komandanımız cənab İlham Əliyevə sadiq bir vətəndaş və idmançı zabit olaraq qanun qarşısında cavabdehlik daşıyıram. Özüm də daxil olmaqla kimliyindən və vəzifəsindən asılı olmayaraq dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Hər bir şəxs öz əməllərinə cavabdehdir və bu səbəbdən mən bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram. Əgər onun etdiklərində cinayət tərkibi varsa və bu sübuta yetiriləcəksə, o zaman cəzasını çəkməlidir".

F.Umudov barəsində yazılanları qəti şəkildə təkzib edib və ona qarşı bu təxribatı törədənləri “5-ci kolon”a xidmət edənlərin işi olduğunu deyib:

"Yazı müəllifi jurnalist etikasna uyğun olaraq mənim də mövqeyimi öyrənməyə borclu olsa da, bunu etməyib. Üstəlik, hər hansı bir sübut olmadan adımı etmədiyim işlərdə hallandırdığı, bununla da ictimai və zabit nüfuzuma zərbə vurduğu üçün məsələnin hüquqi müstəvidə həll ediləcəyinə, bu çirkin iftiraların əsassız olduğunu sübuta yetirəcəyimə kimsənin şübhəsi olmasın. Ölkəmizdə “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən narahtdırlar. Belə bir yazının sifarişçilərinin də kim olduğunu kifayət qədər yaxşı bilir və onlara bunu demək istəyirəm - Mən sizdən fərqli olaraq heç zaman əqidəmi dəyişmədim. Belə sifarişli yazılarla mənə zərbə vuracağınızı düşünürsünüzsə, yanılırsınız. Əksini, bununla siz öz iç üzünüzü bir daha ortaya qoyursunuz. Hamı məni və sizi çox yaxşı tanıyır".

O, atası barəsində yazılanlara da münasibət bildirib:

"F.Umudovun atası “sövdələşməyə” gedib deməklə qanunlarımıza həqarət etmiş olunur. Belə şər-böhtan tipli yazılarla Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərilir. İllərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə olar bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin? Atam, babam, hətta ulu babam da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atam həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası ilə məşğul olan bir adamdır. Bunu Qazaxda yaşayan hər bir kəs bilir".

F.Umudov dövlət tərəfindən ona verilən mükafatı xalqı ilə daim bölüşdüyünü bəyan edib:

"Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə görənlər bunun şahidi oldu". (Pravda.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Firdovsi Umudov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

XİN-də keçirilən əməliyyatla bağlı DTX məlumat yaydı

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb - Eldar Namazovun məqaləsi

Həftəsonları avtobuslar işləməyəcək – Sərt qərar

loading...

Ən çox oxunanalar