Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Həbs edilmiş icra başçıları harada saxlanır?  

"Həbs edilmiş icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var...

Bunu Musavat.com-a açıqlamasında vəkil Anar Məmişov deyib.

Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar.

"Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də İstintaq Təcridxanaları var. Bu iki qurum saxlanan şəxslərin öz İstintaq Təcridxanalarında saxlaya bilirlər", - deyə, vəkil bildirib.

A.Məmişov qeyd edib ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından həbsxanaya köçürülür.

Hazırda aylardır, istintaq altında olan 5 sabiq icra başçısı var. Onların bəziləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün yenidən hakim qarşısına çıxarılıblar. İstintaq orqanının təqdimatına əsasən, onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Əldə etdiyimiz məlumata görə saxlanmış icra başçılarının bir neçəsinin müdafiəçisi tanınmış vəkillərdir.

Həmin vəkillər arasında Ceyhun Yusifov və Kamandar Nəsibov da var.

Hər iki vəkil bir neçə vəzifəli məmurun məhkəmə proseslərindən ictimaiyyətə tanışdırlar.

Lakin vəkillər bu barədə müdafiə etdikləri şəxslərin maraqlarına uyğun olaraq açıqlama vermək istəmirlər.

Xatırladaq ki, həbs edilmiş şəxslər İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.

Onların ittiham olunduqları maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığıdır.

Bu ittihamlarla həbs olunmuş məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

Həbs edilən orkestr rəhbərinin evindən nələr tapıldı? - Əməliyyat videosu

loading...

Ən çox oxunanalar